XİN rəhbərlərinin görüş tarixi məlum oldu

390

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan iyulun 11-də Avstriyanın Mauerbax şəhərində görüşəcəklər.  Məlumata görə, bunu diplomatik dairələrdəki mənbə deyib. Onun sözlərinə görə, xarici işlər nazirlərinə ATƏT ölkələrinin XİN rəhbərlərinin qeyri-formal görüşü çərçivəsində görüşmək təklif olunub: “Görüş iyulun 11-də Avstriyanın Mauerbax şəhərində baş tutacaq. Dağlıq Qarabağ münaqişəsnin nizamlanması üzrə vasitəçilərin də görüşdə iştirak etməsi gözlənilir”.