Xarici borcumuzun ÜDM-ə nisbəti azalıb

621
on 10 ildə – 2015-2014-cü illər ərzində Azərbaycanın xarici dövlət borcunun ümumi daxili məhsula olan nisbəti  4,1 faiz bəndi azalaraq 12,7%-dən 8,6%-ə enib və bu nəticə ilə ölkəmiz region ölkələri arasında ən yaxşı göstəriciyə sahib olub.
Cari ilin əvvəlinə olan məlumata görə, ölkəmizin xarici dövlət borcu 6 milyard 478 milyon dollar (5 milyard 81,5 milyon manat) təşkil edib. Nəticədə xarici dövlət borcumuzun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 8,6%-ə bərabər olub. Azərbaycan xarici dövlət borcunun ÜDM-ə olan nisbətinə görə region ölkələri arasında ən yaxşı göstəriciyə sahibdir. Müqayisə üçün qeyd edək ki, şimal qonşumuz Rusiyanın xarici dövlət borcunun ÜDM-ə nisbəti ötən ilin məlumatına görə, 36% olub. Bu göstərici Ukraynada 78%, Qazaxıstanda 58%, Türkiyədə 44% təşkil edib. Maliyyə Nazirliyindən açıqlanan məlumatlara istinadən apardığımız hesablamalar göstərir ki, son 10 il ərzində xarici borcumuz 4 dəfəyə yaxın artdığı halda, ÜDM-ə nisbəti 4,1 faiz bəndi azalıb. Belə ki, 2005-ci ildə ölkəmizin xarici borcu 1,65 milyard dollara və ya ÜDM-in 12,7%-nə bərabər olub. Onu da bildirək ki, alınan borc vəsaitlərinin 7,3%-i 10 ilə qədər, 60,2%-i 10 ildən 20 ilə qədər, 32,5%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub. Borc alınan vəsaitin 9,9%-i Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları (XBH), 64,8%-i ABŞ dolları, 21,4%-i avro, 2,1%-i yapon iyeni, 0,7%-i İslam dinarı, 0,5%-i BƏƏ dirhəmi,  0,4%-i Səudiyyə rialı, 0,2%-i Küveyt dinarı ilə cəlb edilib. Maliyyə Nazirliyindən verilən məlumata görə, əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilən vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib. Onu da bildirək ki, bu il xarici dövlət borclarının ödənilməsi məqsədilə büdcədən 901 milyon dollar vəsait ayrılacaq.

Ötən il ölkəmizin xarici dövlət borcu 2013-cü illə müqayisədə 7% və ya 423 milyon dollar artaraq 6 milyard 478 milyon dollara (5 milyard 81,5 milyon manat) çatıb. 2014-cu il ərzində xarici dövlət borcumuzun məbləği ilə bərabər onun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti da artıb. Xarici dövlət borcumuzun ÜDM-yə nisbəti 8,2%-dən 8,6%-ə qədər yüksəlib.

Borc vəsaitlərinin 7,3%-i 10 ilə qədər, 60,2%-i 10 ildən 20 ilə qədər, 32,5%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub. Hesabat dövrünə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları (XBH) – 9,9%, valyutalar üzrə isə ABŞ dolları ilə – 64,8%, avro – 21,4%, yapon yeni – 2,1%, İslam dinarı – 0,7%, BƏƏ dirhəmi – 0,5%, Səudiyyə rialı – 0,4%, Küveyt dinarı – 0,2%.

Maliyyə Nazirliyindən verilən məlumata görə, əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.

Bu il xarici dövlət borclarının ödənilməsi məqsədilə 901 milyon dollar vəsait ayrılacaq

Maliyyə Nazirliyindən açıqlanan məlumatlara istinadən apardığımız hesablamalar göstərir ki, son 10 il ərzində xarici borcumuz 4 dəfəyə yaxın artıdğı halda onun ÜDM-yə nisbəti isə 4,1 faiz bəndi azalıb. Belə ki, 2005-ci ildə ölkəmizin xarici borcu 1,65 milyard dollara və ya ÜDM-nin 12,7%-nə bərabər olub. Xarici təşkilatlardan ən çox 2010-cu ildə borc alınıb. Həmin il ərzində 960 milyon dollar borc götürülüb. Onu da qeyd edək ki, xarici dövlət borcunun ÜDM-yə nisbəti ən aşağı səviyyəyə 2008-ci ildə enib – 6,4%. Məlumat üçün onu da bildirək ki, 2015-ci ilin dövlət büdcəsindən xarici dövlət borclarının ödənilməsi məqsədilə 703 milyon manat (901 milyon dollar) vəsaitin ayrılması nəzərdə tutub. Ötən il bu göstərici 697 milyon manat (893 milyon dollar) olub.

Allahverdi Cəfərov