Xalsız “Qarabağ” isə 4-cü pilləyə enib

0
40

 

Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar Türkiyənin İstanbul şəhərindəki “Fatih Terim” stadionunda UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən “Qarabağ” – “Vilyareal” oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk  hissədə hesab açılmayıb.İkinci yarıya daha fəal başlayan “Vilyareal” 53-cü dəqiqədə hesabı açmağa yaxın olub. Sol cinahdan qapıçı ilə üzbəüz qalan Samuel Çukvuezenin fərqlənməsinə yenə də Məhəmmədəliyev imkan verməyib.

“Qarabağ” ikinci yarıda ilk qol epizodunu 76-cı dəqiqədə yaxalayıb. Cərimə meydançasının qarşısında topu qəbul edən Uroş Matiçin zərbəsində azacıq dəqiqlik çatmayıb. Cəmi 2 dəqiqə sonra isə Qurban Qurbanovun komandası hesabı açıb. Patrik Andradenin ötürməsindən sonra Kvabena Ovusu fərqlənib. Lakin “Qarabağ”ın qol sevinci cəmi 2 dəqiqə çəkib. Görüşün 80-ci dəqiqəsində Yeremi Pino tarazlığı bərpa edib. Matçın 84-cü dəqiqəsində isə ikinci hissədə meydana daxil olan Pako Alkaser komandasını hesabda önə keçirib. Oyunda son nöqtəni də Alkaser qoyub. Qarşılaşmanın 90+6-cı dəqiqədə penaltidən fərqlənən forvard yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 6-ya çatdıran “Vilyareal” liderliyini möhkəmlədib. Xalsız “Qarabağ” isə 4-cü pilləyə enib.