“Xalqın Xidmətçisi”ndən söz açdılar

464

Bu gün Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsində  özünü xalqın xidmətçisi adlandırılan, Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr olunmuş Emil Xanlarovun “Xalqın Xidmətçisi” – Dəmir Yumruq kitabının təqdimatı olub.

 Təqdimat mərasimində sözə, ədəbiyyata qiymət verən yazarlar, ziyalılar, gənclər iştirak ediblər.  AYB-nin Mingəçevir bölməsinin sədri, şair, publisist İsmayıl Mərcanlı tədbiri giriş sözü açaraq gənc yazara  xeyir-dua verərək ona uğurlar arzulayıb. İsmayıl Mərcanlı kitab haqqında geniş   məlumat verib. Bildirib ki, kitabda 44 günlük Vətən  müharibəsinin  ab-havası, Azərbaycan xalqının döyüşkən ruhu var,  Gəncə və Bərdəninin bombalanması və digər həssas məqamlara yer verilib. Tovuz şəhidlərimiz, eləcə də şəhid Xudayar Yusifzadə haqqında geniş məqalələr, şeirlər dərc olunub: “Emil Xanlarovun  müəllifi olduğu bir çox vətənpərvərlik mövzusunda şeirləri, eləcə də Ağdam, Kəlbəcər, Şuşa haqqında olan şeirləri haqqında  məlumatım var.Emilin atası (Allah o dünyasını versin) da söz sərrafı, ədəbiyyat adamı idi”.

Hüquqşünas şair Bəhman Gülövşəli, mingəçevirlilərin gözəl ziyalı, söz sərrafı kimi tanıdıqları Eyyub Rəşidov, MDU-nun müəllimi, tədqiqatçı şair (İ. Nəsimi tədqiqatçısı), bir neçə kitab müəllifi Əbülfət Həsənoğlu çıxış edərək həm gənclərə öz tövsiyyələrini veriblər, həm də   dəyərli bir söz sovqatı hesab etdikləri kitab haqqında maraqlı fikirlərini   diqqətə çatdırıblar.

Esmira Hidayətova,  Mingəçevir