“Xalqın Xidmətçisi- Dəmir Yumruq” təqdim olundu.

286

Bu gün Mingəçevir Heydər Əliyev Mərkəzində media nümayəndələrinə, özünü xalqın xidmətçisi adlandırılan, Möhtərəm Cənab Ali Baş Komandanımıza həsr olunmuş Emil Xanlarovun “Xalqın Xidmətçisi- Dəmir Yumruq” kitabı təqdim olundu.

Kitabda Vətən Müharibəsi və Dəmir Yumruq əməliyyatı haqqında geniş məlumat verilmişdir. Gəncənin, Bərdəninin  bombalanması və digər həssas məqamlara da diqqət yetirilmişdir. Tovuz səhidlərimiz, eləcə də şəhid Xudayar Yusifzadə haqqında geniş məqalələr, şeirlər dərc olunmuşdur.

Qeyd edək ki, Emil Xanlarov müəllifi olduğu bir çox vətənpərvərlik mövzusunda şeirləri, həmçinin Ağdam, Kəlbəcər, Şuşa haqqında olan şeirləri zövq oxşayır. Xatırlatmaq istərdik ki, kitab Emil Xanlarovun öz şəxsi vəsaiti hesabına başa gəlmişdir. Prezident və Vitse-prezidentə İctimai Dəstək” layihə rəhbəri Anar Ağayevin təşkilatçılığı ilə, bir çox millət vəkillərinin iştirakı ilə Bakı şəhərində də  kitabın təqdimat keçirilmişdir.

Qeyd edək ki, gənc fəal ikinci  “Xalqın Xidmətçisi-Böyük Qayıdış” adlı kitabının davamını da yazmaqdadır.

Esmira Hidayətova, Mingəçevir