Xalq artistimiz dünyasını dəyişdi

447

Məşhur “Dəli Kür” filmində Cahandar ağa obrazını canlandıran aktyor Ələddin Abbasov iyulun 13-də günorta saatlarında 92 yaşında vəfat edib.Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov bildirib ki, son vaxtlar aktyorun səhhətində problemlər yaranıb, yeriyə bilmirdi.

Sənət uğurlarına görə, Azərbaycan Respublikasının əməkdar artisti (1958) və xalq artisti (1971) fəxri adları ilə təltif olunub. “Mən ki gözəl deyildim” (İmran), “Özgə ömrü” (Ata), “Qatır Məmməd” (Məşədi Göyüş) və sairə bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu “Dəli Kür” əsərində Cahandar ağa obrazıdır. Aktyor yüzə yaxın personaja səhnə ömrü verib.