Xaçmazda dolma festivalı keçirilib

0
389

Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə ikinci beynəlxalq dolma festivalı keçirilib. Festivalda 12 ölkə və Azərbaycanın 50 rayonundan 500-dən çox iştirakçı iştirak edib. Bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan 350 növ dolma festivalda sərgilənib. Xatırladaq ki, I Beynəlxalq dolma festivalı 2016-cı il iyulun 1-də Abşeron rayonunda keçirilib.Report