X-37B-nin gizli missiyası (2)

Ekspertlərin əksəriyyətinin fikrincə, kosmoletlərin işləmə mexanizmi naməlum uçan obyektlərin iş mexanizmini xatırladır. Çünki yüksək sürət götürmə qabiliyyəti və havada asanlıqla, fantastik görünə biləcək dərəcədə manevretmə xarakteri ilə kosmoletlər uçan naməlum obyektin analoji xüsusiyyətlərini sanki təkrar etməyə çalışırlar. 
Düzdür, naməlum uçan obyektlə (NUO) müqayisədə kosmoletləri yenicə gəzməyə başlayan uşağa bənzətmək olar. Amma ekspertlərin fikrincə, ən önəmli addımlardan biri atılıb və NUO-nu xatırladan kosmolet hazırlamaq mümkün olub. Şübhəsiz ki, onun təkmilləşdirilməsi daha yüksək sürətə malik olan yeni kosmoletlərin istehsalına imkan verəcək. NASA-nın məşhur ekspertlərindən birinin dediyinə görə, NUO-ların iş mexanizmini xatırladan yeni kosmoletin və ya obrazlı şəkildə desək “velosiped-NUO”-nun yaradlması yaxın 25-30 ildə NUO sürətinə yaxın yeni kosmik aparatlarn yaradılmasına imkan verəcək.

 

Hərbi məqsədlər önə çıxarılır

ABŞ-da uğurla sınaqdan çıxarılan kosmoletlərdən ilk növbədə hərbi məqsədlər üçün  istifadə ediləcəyi şübhə doğurmur. Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) X-37B aparatında lazer silahı, plazma topları, nüvə başlıqlı ballistik raketləri yerləşdirməyə hazırlaşması və bununla bağlı müəyyən tədbirləri həyata keçirməkdə olması da sübut edir. Bu da kosmoletin ( X-37B) ən təhlükəli obyektə çevrilməsi demək olacaq. Bu günlərdə məlum olub ki, ABŞ yeni kosmik aparatdan kosmosdakı düşmən peyklərini məhv etmək üçün xüsusi proqram hazırlayıb. Yüksək, fantastik manevretmə qabiliyyəti kosmoleti kosmosdakı düşmən peyklərin qəniminə çevirəcək. Ən önəmlisi odur ki, kosmoleti məhv etmək mümkün deyil. Çünki yüksək manevretmə qabiliyyətindən əlavə, kosmolet bir nöqtədən digərinə tullana bilir. Tullanma bir anın içində baş verdiyindən ən müasir silahlarla hətta lazerlərlə belə, kosmoleti hədəfə götürmək mümkün deyil. Yeri gəlmişkən, qeyd edək ki, kosmoletin yerətrafı orbitdəki tullanışını yalnız Yer kürəsinin bir qütbündən digərinə saniyələr içində tullanma ilə müqayisə etmək olar. Son vaxtlar ABŞ da kosmoletlərin daha bir yeni, pilotsuz variantı üzərində iş gedir. Pilotsuz kosmoletlərin daha böyük sürətə və manevretmə qabiliyyətinə malik olacağı, ondan həm hərbi, həm də planetlərarası uçuşlar üçün istifadə ediləcəyi nəzərdə tutulub. Yenə də NASA-dan sızan bəzi məlumatlara görə, pilotsuz kosmoletlər uzaq planetlərə uçuş müddətini indiki ilə müqayisədə 10-15 dəfə azaltmağa imkan verəcək. Bu həm də ən uzaq planetlərdə həyatın olub-olmamasını müəyyən edərək bizi əhatə edən kosmik aləmin sirlərinin açılması yolunda ən önəmli addımlardan ola və yeni elmi-texniki inqilaba gətirib çıxara bilər.  Kosmoletlərdən  hərbi məqsədlər üçün istifadə  edilə bilməsi təhlükəsi nəinki  Rusiya, həm də ABŞ-ın ən yaxın müttəfiqləri tərəfindən belə həyacanla qarşılanmaqdadır. Çünki bu günə kimi yeni super kosmik aparatların və bəzi hərbi ekspertlərin dediyi kimi Yer kürəsinin  yeni naməlun uçan obyekti ilə bağlı NASA hər hansı bir açıqlama verməyib. Bununla bağlı sirlər olduqca yüksək səviyyədə qorunur. Yəni kosimik aparatların hazırlanması onun sınaqdan çıxarılması barədə dəqiq məlumatı NASA-nın rəhbər strukturlarında təmsil olunan yalnız bir neçə yüksək səviyyəli məmur, bir də ABŞ Prezidenti bilir. NASA müntəzəm olaraq kosmoletin sınaqları barədə birbaşa prezidentə hesabat verir. Yəni bir vaxtlar atom bombasının hazırlanması və ya kosmosa kosmik gəmi göndərilməsi üçün həyata keçirilən axtarışların, tədqiqatların olduqca məxfi şəkildə saxlanlmasında olduğu kimi, indi də superkosmik aparatlar və onlardan hərbi məqsədlər üçün istifadə edilə bilməsi imkanlarının olması, bu məsələnin sirr kimi saxlanılmasına yol açıb.

 

Kosmolet vasitəsilə iqlim

(klimatik) silahı sınaqdan çıxarılıb?

NASA tərəfindən kosmoletin uğurla sınaqdan çıxarılması və həmin ərəfədə Yer kürəsində baş verən bəzi iqlim dəyişiklikləri çoxsaylı ehtimalların meydana çıxmasına səbəb olub. Belə güman edilir ki, NASA pilotsuz kosmoletin yerətrafı kosmik orbitdə ilk sınağı zamanı onun göyərtəsində hərbi məqsədlərə xidmət edən bəzi aparatlar yerləşdirib və ondan düşmən peyklərin sıradan çıxarılması üçün istifadə edib. Bu baxımdan 2010-cu ildə kosmoletin yerətrafı orbitdə sınaqdan çıxarılması zamanı Rusiyanın hərbi peykinin müəmmalı şəkildə məhv olması  şübhələri daha da artırıb.  O vaxt, əvvəlcə, Rusiyanın hərbi peykinə meteorit düşməsi və bunun nəticəsində onun məhv olması barədə ehtimallar ürəli sürülmüşdü. Ancaq ABŞ-ın kosmosda yeni “Nuo”sunu ( kosmoleti ) sınaqdan çıxarması məlum olandan sonra Rusiya peykinin məhz bu aparatdan açılan atişlə vurulması ehtimalı gündəmə gəldi. Düzdür, bunu sübut etmək mümkün deyil. Amma fakt faktlığında qalır və kosmoletin həqiqətən də yeni ulduz müharibələrinin ən dəhşətli və qorxunc təhlükə mənbəyinə çevrilə biləcəyi istisna edilmir. Kosmoletdən klimatik-iqlim silahı kimi istifadə edildiyi barədə şübhələr də mövcuddur. Belə ki, məhz kosmoletin sınaqdan çıxarıldığı dövrdə 2010-cu ilin yayında  Rusiya ərazisində tarixdə görünməyən Afrika istiləri tüğyan etməyə başladı. Sanki bir andaca iqlim dəyişikliyi baş vermiş, Rusiya tropik ölkəyə çevrilmişdi. Əgər bu istilər bir müddət də davam etsəydi Rusiya görünməmiş quraqlıqlara məruz qalacaq, ölkə əsl ekoloji fəlakətlə üzləşəcəkdi. Amma rusiyalı ekspertlərin birinin də yarızarafat, yarıciddi dediyi kimi “naməlum ekspert” yaxşı ki, Rusiyanı iqlimlə sınağa çəkmək planını yarımçıq saxladı. Yoxsa Rusiya tropik istilərinin gətirdiyi ekoloji fəlakətlərin zərbələrini on illərlə aradan qaldıra bilməyəcəkdi. O vaxt, əvvəlcə, Rusiyada tüğyan edən istilərin iqlim dəyişiklikləri ilə əlaqədar olması ehtimal edildi və hətta harada isə buna Kremldə sevindilər. Çünki Sibirin iqliminin dəyişməsi və orada milyonlarla hektar yeni əkin sahələrinin, bağların  salınmasına imkan yaradaraq adıçəkilən ərazini cənnət məkana çevirməyə imkan verəcəkdi. Bununla belə, Rusiyanın ənənəvi kənd təsərrüfatı ərazilərinin quraqlığa məruz qalmasının aclıq və fəlakətlərə yol açacağı də şübhəsiz idi. Mətləbdən uzaqlaşmadan qeyd edək ki “eksperiment”in gözlənilmədən  yarımçıq saxlanılmasından az sonra Rusiyada bunun kosmosda kosmolet vasitəsilə klimatik-iqlim silahının sınaqdan çıxarılması barədə şübhələr meydana çıxdı. Bu şübhələr isə müxtəlif ekspertlərin vasitəsi ilə mətbuata ötürüldü və bu barədə dünyaya xəbərdarlıq edildi. Amma yenə də bütün bunlar ehtimal olaraq qalmaqda davam edir. Düzdür, Rusiyada hazırda ABŞ-ın kosmoletin imkanlarından istifadə edərək “düşmən”ə hansısa zərbələr endirə biləcəyinə inanmırlar. Çünki, bu, Yer kürəsi üçün öncədən səbəbi məlum olmayan fəaləktlərə gətirib çıxara bilər.

 

Təbii tarazlıq pozula bilər

İstənilən tektonik və ya klimatik silahın Yer kürəsində mövcud təbii tarazlığı poza biləcəyi, təbii hadisələrin nəzarətdən çıxaraq dünyamızı fəlakətlərə aparıb çıxara biləcəyi təhlükəsi kifayət qədər böyükdüğr. Yeri gəlmişkən onu da deyək ki, əfsanəvi Atlantidanın məhv olmasının bir səbəbini də məhz insanların tektonik və klimatik silahlardan istifadə etməyi öyrənməsi ilə izah edirlər. Düşmən tərəflərin bir-birilərinə tufanlar, yağışlar və ya quraqlıqlara səbəb olan istilər, dağıdıcı zəlzələlər göndərməsi isə Atlantidanın məhvinə yol açdı. Atlantidanın məhvi barədə gəlib çatan əfsanədə də deyilir ki, insanların bir-birilərinə çovğunlar, yağışlar, küləklər, zəlzələlər, istilər göndərməsi təbii hadisələrin nəzarətdən çıxmasına və Atlantidanın məhvinə yol açdı. Ekspertlərin fikrincə, əgər gələcəkdə Yer kürəsində əks qütblərdə dayanan güclər bir-birilərinin məhvi üçün tektonik və ya klimatik silaha əl atsalar, onda bəşəriyyət yeni Atlantida faciəsi yaşayacaq.

Bu acı həqiqəti, şübhəsiz ki, bəşəriyyət üçün ən təhlükəli silah hesab edilən tektonik və klimatik silahı hazırlayanlar da yaxşı bilirlər. Lakin Rusiyanın Krımı işğal etməsi və Ukraynanın şərqində separatçıları dəstəkləməsi  soyuq müharibənin yenidən başlaması təhlükəsini əmələ gətirib. Belə bir vəziyyət isə ötən əsrin 60-80-ci illərində olduğu kimi, sürətlə silahlanmaya və düşməni məhv etmək üçün müxtəlif təhlükəli vasitələrdən, o cümlədən tektonik və klimatik silahlardan istifadə etməsinə gətirib çıxara bilər. Bütün bunlar isə bəşəriyyətə yaxşı heç nə vəd etmir.