“Xərçəng xəstəliyindən qorxmayın, onu gec aşkarlamaqdan qorxun”

560
Qəribədir ki, xərçəng xəstəliyi bir çox hallarda özünü biruzə vermir və buna görə də insanlarda heç bir şikayət olmur. Lakin müayinə ilə bu xəstəliyi ilk vaxtlarda müəyyənləşdirmək mümkündür.
Dünyanın hər yerində xərçəng xəstələrinin sayı artır. Bu, qardaş Türkiyədədə belədir, Rusiyadada, hətta inkişaf etmiş ölkələrdə də. Həkimlərin qənaətinə görə, xərçənglə mübarizədə ən önəmli məsələlərdən biri də onun erkən aşkarlanmasıdır. Son illərin araşdırmaları göstərir ki, erkən aşkar edildiyi zaman xərçəng xəstəliyinin bir çox növləri müalicə olunmaqdadır.

Türkiyəli doktor Esra Karaağaç mövzu ilə bağlı açıqlamasında: “Xərçəngdən qorxmayın, onu gec aşkarlamaqdan qorxun”,-deyib.

Qəribədir ki, xərçəng xəstəliyi bir çox hallarda özünü biruzə vermir və buna görə də insanlarda heç bir şikayət olmur. Lakin “chek-up” müayinə ilə bu xəstəliyi ilk vaxtlarda müəyyənləşdirmək mümkündür.

Alimlərin araşdırmasına görə, erkən diaqnozla çox xərçəng növü aşkarlandıqda tam sağaldığı kimi, ilk mərhələdə olan xərçəng növlərinin müalicəsində də yüksək uğura nail olunmaqdadır.

Dünya elminin son araşdırmasına görə, gec fərqinə varılan xərçəng xəstəliyinə cərrahiyyə və dərman müalicəsinin də effekti çox yüksək olmur. Ağciyər, yemək borusu, bağırsaq xərçənginin ilk əlaməti isə arıqlamaqdır. Uzun müddətli, keçməyən öskürək ağciyər xərçənginin əlaməti ola bilər. Bəlğəmdə, sidikdə qan görülməsi, tez-tez baş verən qanaxmalar xərçəng əlaməti ola bilər.

Bundan başqa, döşlərdə və orqanizmin digər bölgələrində, dəri altında bir yumru və ya şiş meydana gəlirsə və çəkilmək bilmirsə, bu xərçəng əlaməti ola bilər.

 

Xərçəngdən qorunmaq üçün nələrə diqqət etməliyik?

Qeyd etdiyimiz kimi, hazırda xərçəng xəstəliyinin müalicəsinin tapılması, daha doğrusu, onun qarşısının alınmasına nail olunması üçün dünyanın əksər ölkələrində tibb alimləri araşdırmalar aparırlar. Alimlərin ümumi araşdırması təxminən bu qənaətə gəlməyə əsas verir:

– Siqareti tərkidin.

– Çəkinizi nəzarətdə saxlayın.

– Keyfiyyətli və nizamlı qidalanmaya üstünlük verin.

– Doğru yaşam tərzinə əməl etməyə çalışın.

– “Check-up”a gəlmədən 48 saat öncə doktorunuz tərəfindən tövsiyə edilən dərmanları çıxmaq şərti ilə – vitamin və digər dərmanları qəbul etməyin.

– İstifadə etdiyiniz dərmanların adlarını və dozalarını həkimlərinizə bildirin.

– Hamiləsinizsə və ya hamiləlik ehtimalı varsa, analiz verməmişdən öncə mütləq həkiminizlə məsləhətləşin.