Xəqani Zeynallı: 693 bal toplayan mingəçevirli gənc

125

 

Mingəçevir Təbiət –Riyaziyyat və Humanitar Elmlər təmayyülü liseyin məzunu Xəqani Zeynallı ali məktəblərə qəbul zamanı  693 bal toplayaraq şəhər üzrə rekord nəticə göstərib. Xəqaninin  və ailəsinin bu sevincini biz də bölüşmək üçün onunla həmsöhbət olduq. Əvvəlcə özü haqqında məlumat verən abituriyent qeyd etdi ki, hələ aşağı siniflərdən dərs əlaçısı olub: ”İlk olaraq ibtidai sinif müəlliməm Jalə xanıma öz təşəkkürümü bildirirəm ki, bizə yazıb oxumağı, bilik və bacarıqları öyrədib. Daha sonra 5-11-ci sinfə qədər həmişə şagirdlərinə dəstək olan sinif rəhbərimiz Vüqar Soltanova dərin təşəkkürümü bildirirəm. Ümumiyyətlə, oxuduğum liseyin, eləcə də “Kür hazırlıq kursu”nun müəllimlərinə və  çox sağ olun deyirəm. Onu da deyim ki, ilk vaxtlar heç bir fənnə xüsusi bağlılığım olmayıb. Lakin sonradan kimya daha çox sevdiyim fənn oldu. Gələcək arzularım çoxdur. Hədəfim Prezident təqaüdçüsü olmaqdır. Seçimim gələcəkdə kimya mühandisi olmaqdır. Təhsilimi də ingilis dilində almaq istəyirəm”.

Buraxılış imtahanında ölkə üzrə keçirilən imtahanda ən yüksək nəticəni də Xəqani göstərib (297.5).

Qeyd edək ki, ilk övladlarının bugünkü uğurlarına sevinən ailə Mingəçevirdə tanınan ziyalı ailələrdəndir. Mingəçevir Dövlət Universitetinin (MDU) təhsil fakultəsinin dekanı Nizami Zeynalov deyir ki, çox qürur duyuruq, fəxr edirik ki, övladımız yüksək bal toplayıb: ”3 övladımız var. Xəqani böyük övladımızdır. Dİgər iki övladım da qardaşları kimi çalışqan və dərs əlaçılarıdır. Övladlarımın 3-də liseydə təhsil alırlar. Fürsətdən istifadə edib liseyin direktoru Aidə müəllimə  və pedoqoji kollektivə öz təşəkkürlərimi çatdırıram. Övladlarımın bu gün bu mərtəbəyə çatmasında, təlim-tərbiyəsində onların çox böyük əməyi olub. Şəhər təhsil ictimayyətinin bir nümayəndəsi kimi bütün bu uğurlar üçün Prezidentimizə minnətdarlıq bildirirk ki, onun yeritdiyi bu sabit təhsil  siyasəti yüzlərcə təhsilli gənclərin yetişməsinə şərait yaradır, bu da biz valideyinlərdə bir fəxarət hissi yaradır. Eləcə də şəhərimizin icra başçısı İlham İsmayılov həmişə bu cür gənclərə önəm verib, onların təhsili ilə maraqlanıb.

Xəqani  təhsildə yüksək nəticələr əldə edərək şəhərimizi təmsil edib. Fənn olimpiadalarda öndə olan Xəqani  ölkə üzrə keçirilən buraxılış  imtahanında da  ən yüksək nəticəni  göstərib (297.5). Yəni bu cür gənclərin yetişməyi respublikamız üçün faydalıdır. Gələcəkdə bu cür təhsilli gənclərin yetişməsi ölkəmizin inkişafına bir stimuldur. Nə xoş təsadüfdür ki, 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyümüz bərpa olundu və bu kimi gənclərimiz bu ölkədə təhsil alacaqlar. Seçimimizdə bu olub ki, hələ ki, xarici təhsilə üstünlük vermirik, istiyərik ki, övladlarımız ali təhsil alıb öz ölkəmiz üçün faydalı olsunlar”.

Bir ana kimi övladının bu uğuruna sevinən Şahnaz müəllimə də oğlu ilə fəxr etdiyini deyir: “Bir müəllim və valideyin olaraq  bütün şagirdlərimizin uğurları bizi sevindirir. Mən də liseyin ibtidai sinif müəllimi kimi oğlumun uğurlarına sevinirəm. Oğlan övladlarımın hər ikisi hələ balaca yaşlardan idmana da çox böyük maraq göstəriblər. Şahmat birinciləri olub hər ikisi”.

Esmira Hidayətova, Mingəçevir