Volqoqrad sakinlərinin xahişi: “Volqoqrad-Arena”ya Fidel Kastronun adı verilsin

497

Volqoqrad sakinləri dünya çempionatı üçün inşa olunan stadiona Kuba inqilabının banisi Fidel Kastronun adını vermək istəyirlər. Artıq bu məqsədlə petisiyi da təşkil olunub. Bu istəyin bir maraqlı tarixçəsi var. Belə ki, 1963-cü ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nikita Xruşovun dəvəti ilə SSRİ-yə gəlmiş Fidel Kastro Volqoqrad şəhərini ziyarət edib. O, bu şəhərin Mərkəzi Stadionunda 60 min insanın qarşısında çıxış edib. Kastro səfər çərçivəsində Mamayev kurqanda, Traktor zavodunda da olub, şəhərin mərkəzində əsgərlərin qardaşlıq məzarı önünə əklil qoyub . Həmçinin teploxodla Volqanın gözəlliyini seyr edib.
Sakinlərin Volqoqrad vilayətinin qubernatoruna müraciətində deyilir: “Biz xahiş edirik ki, futbol üzrə dünya çempionatından sonra “Volqoqrad-Arena”ya Fidel Kastronun adı verilsin. Belə olacağı təqdirdə biz tarixi şəxsiyyət qarşısında öz vəzifəmizi yerinə yetirmiş olarıq. Bu həm də iki ölkə arasında daha mehriban əlaqələrə vəsilə ola bilər”.
Məlumat üçün bildirək ki, Rusiyada keçiriləcək dünya çempionatı ilə əlaqədar köhnə idman arenasının yerində yeni stadion inşa olunur.