Vinni Cons futbolçu və məşhur aktyor

Onun haqqında həm futbolçu, həm də aktyor kimi çox danışırlar. O, İngiltərənin futbol tarixində ən kobud bir futbolçu kimi qalıb. Ona görə də “xuliqan Cons” ləqəbini alıb və istedadlı futbolçu olmasına baxmayaraq onu İngiltərə yığmasına çağırmaqdan imtina ediblər. Əvəzində “xuliqan Cons” Uels yığma komandasında oynayıb. Bütün bunlar bir vaxtlar istedadlı futbolu olacağına böyük ümidlər bəslənilən və futbolu buraxdıqdan sonra  məşhur aktyora çevrilən Vinni Consun özünəməxsus həyat yoludur. Vinni Cons 1965-ci il yanvar ayının 5-də Uotford şəhərində anadan olub. Uşaq yaşlarından digər həmkarları kimi futbol oynamağı çox sevən Vinni tezliklə topla ustacasına rəftar etməsi ilə diqqəti cəlb etdi. O yaxşı texnikaya malik idi və əla, zərgər dəqiqliyi ilə ötürmə verməyi sevirdi. Ona görə də 7-8 yaşında ikən Vinni Consu yerli “Uotford” komandasının uşaq klubuna dəvət etdilər. Çox gənc olmasına baxmayaraq Consu Hartfordşir qraflığının yığma komandasına dəvət etdilər və burada o komandanın kapitanı kimi çempionatda ( aşağı liqa) çıxış etdi. Vinni Consun ilk məşqçisi sonralar “Arsenal”ı ölkə çempionu edən Berti Mi  və Corc Qrem oldu. 12 yaşında ikən Vinni Consun istedadını görən məşqçi Deyv Bassett onunla ciddi məşğul olmağa başladı. Sonralar “Uotford”a məşqçilik edən Bassett Consu da komandasına dəvət etmək niyyətində idi. Lakin Cons emosional uşaq idi və tez-tez yoldaşları ilə dalaşır, cüzi bir şeyə görə dava-dalaş salırdı. Ona görə də Consu uşaq komandasından xaric etməyə məcbur oldular. Bundan sonra özbaşına məşq edən Consun qeyri-adi texnikasının şahidi olan İngiltərə həvəskarlar liqasının “Veldstoun” klubu rəhbərliyi onu komandalarına dəvət etdilər. Consun gəlişi ilə xeyli güclənən komanda

liqanın qalibi oldu və İngiltərə kubokunu qazandı. İki il  “Veldstoun”da oynadıqdan sonra Consu “Uimbldon”a dəvət etdilər. Bu komanda ilə Cons 1988-ci ildə növbəti dəfə İngiltərə kubokunu qazandı. Təbii ki, bu uğurun qazanılmasında Consun böyük uğuru oldu. Consun futbol istedadını görən “Lids Yunayted” rəhbərliyi onu öz komandalarına dəvət etdilər. Bir il burada oynadıqdan sonra Vinni Cons “Şeffild Yunayted”ə transfer oldu. Burada o 35 oyunda rəqib komandasının qapısından 2 top keçirdi. 1991-19912-ci illərdə “Çelsi”nin şərəfini qoruyan Cons 42 oyunda əsas heyətdə meydana çıxdı və 4 top vurdu. Daha sonra yenidən “Uimbldon”a qayıdan Cons komandanın kapitanı oldu və 250 oyunda əsas heyətdə meydana çıxdı. 1998-ci ildə “Kuinz Park Reyngers”in oynayan məşqçisi oldu. 33 yaşında karyerasını başa vuran Vinni Cons müdafiəçi və yarımmüdafiəçi mövqeyində 384 rəsmi oyunda meydana çıxıb və rəqib qapılarından 33 top keçirib.

Kobud oyunçu

Vinni Cons istedadlı futbolçu olsa da çox sərt futbol oynamağa üstünlük verirdi. Ona görə də mətbutada ən çox tənqid edilən futboçulardan biri idi. Kobud oyununa görə azarkeşlər oyun zamanı onu fitə basır, ünvanına nalayiq sözlər işlədirdilər. Kobud oyununa görə futbol oynadığı illərdə onu 12 dəfə meydandan qovmuşdular. 1992-ci ildə “Şeffild”lə “Çelsi”nin oyununda 3-cü saniyədə sarı kart alan Cons bununla da futbol tarixinə düşdü. Vinni Cons İngiltərənin istedadlı futbolçusu “Nyukasl”ın hücumçusu Pol Qaskoyna qarşı oyunda ona ağır zədə yetirdi. Buna görə Qaskoyn uzun müddət meydana çıxa bilmədi. Digər bir oyunda Cons “Tottenhem”in və İngiltərə yığma komandasının oyunçusu Qari Stivensi ağır zədələdi və o sonda karyerasını başa vurmağa məcbur oldu. Buna görə az qala futbolçunu ömürlük futboldan kənarlaşdırmaq istəyirdilər. Amma Cons sonra özünü toparladı və “Şeffild”də oynayanda cəmisi 3 sarı kart aldı. “Çelsi”də oynayanda isə Vinni Cons ümumiyyətlə hakim tərəfindən cəzalandırılmadı. 1992-ci ildə Vinni Cons “Futbolun kobud oyuynçuları” video filmində kobud oyununa haqq qazandıraraq futbolçulara rəqibə qarşı neçə kobud oynamaq barədə məsləhətlər verirdi. Buna görə, İngiltərə Futbol Assosiasiyası Consu 20 min funt sterlinq cərimə  etdi və 6 ay müddətinə onu yaşıl meydandan uzaqlaşdırdı.  Bununla belə Vinni Cons Uels yığma komandasında da oynadı və burada özünü dünyanın ən yaxşı futbolçularından biri kimi sübuta yetirə, təsdiq etdirə bildi.

İstedadlı aktyor

Futbol  karyerasını başa vurandan sonra Consu 1999-cu ildə rejissor Qay Riççi “Kart, pul və qoşalülə” filmində bandit Kris rolunu oynamağa dəvət etdilər. Bu filmdə o böyük uğurla  tapşırılan rolun öhdəsindən gəldi. Sanki anadan professional səhnə üçün doğulmuşdu. Sonra isə cons Riççi “Böyük quş “ filmində “dişdə güllə” ləqəbli qəhrəmanın rolunu ifa etdi. Bu rola görə Consa “ən yaxşı aktyor” beynəlxalq mükafatı verildi.  Məşhur aktyor Dastin Hoffman isə Consu yeni “Bryus Li” adlandırdı. Daha sonra Cons Amerika filmlərində, o cümlədən “60 saniyə ərzində qaçırmaq”, “ “Qızıl qartal”da bir gecə”, “ Parol-”Balıq-qılınc” və digərlərində məşhur aktyorlar Coli, Travolta, Keyc, Pitt Niro və digərləri ilə birfə oynadı. Bu filmlər Consa məşhur aktyor şöhrəti gətirdi. 2001-ci ildə çəkilən “Kostolom” filminə görə isə aktyor Denni Mina rolunda çıxış etdi. Filmin qəhrəmanı İngiltərə yığmasının oyunçusu, kapitanı idi. O penalı vura bilmədiyinə görə, ölkənin ən pis adamına çevrildi və buna görə onu şərləyərək həbsə atdılar. Həbsdə olanda o futbol komandası yaradır və burada oxşar problemlə üzləşir. Bu rolu o böyük ustalıqla ifa elədi. bundan sonra o digər filmlərdədə oynayıb və hazırda da oynamaqda davam edir. Bir sözlə futbol və kino Consun həyatının əsas mənasına çevrilib və o özünü bunlarsız təsəvvür edə bilmir. Bundan əlavə Cons hələ ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq müxtəlif teleşoularda aparıcı kimi çıxış edib və bu ona daha da şöhrət gətirib. O həmçinin futbol şərhçisi də işləyib, “The sun qəzetinndə idman oyunlarının analizlərini yazıb. Son illərdə Cons daha çox xeyriyyəçi kimi də tanınıb. Ötən il Cons dəri xərkəngi xəstəliyinə tutulub və 3 dəfə əməliyyat olunub. Buna baxmayaraq məşhur futbolçu və aktyor Vinni Cons yaşamaqda milyonların sevimlisi olaraq qalmaqda davam edir.