“Vilyarreal” – “Barselona” matçında qapılara 8 qol vurulub

296

Futbol üzrə İspaniya La Liqasında XXX turun “Vilyarreal” – “Barselona” matçında qapılara 8 qol vurulub.

4:4 hesablı heç-heçə ilə nəticələnən görüşdə topların 3-ü ilk yarıya təsadüf edib. 

“El Madriqal” stadionundakı qarşılaşmada hesabı 12-ci dəqiqədə Filippe Koutinyo açıb. Bundan 4 dəqiqə sonra Malkon “Barsa”nın üstünlüyünü iki topa çatdırıb. 23-cü dəqiqədə Samuel Çukveze fərqi azaldıb.

50-ci dəqiqədə isə Toki Ekambi bərabərlik qolunu vurub. 62-ci dəqiqədə Visente İborra “Vilyarreal”ı hesabda önə çıxarıb. 80-ci dəqiqədə isə Karlos Bakka komandasının 4-cü qolunu vurub.

“Barselona” məğlubiyyətdən 86-cı dəqiqədə meydan sahiblərindən Alvaro Qonsalesin qovulmasından sonra xilas olub. Lionel Messi 90-cı, Luis Suares 90+3-cü dəqiqədə fərqlənib.

Bu nəticədən sonra “Barselona” 70 xalla 1-ci, “Vilyarreal” 30 xalla 17-ci pillədə qalıb.