Veteranları ziyarət etdilər

719

Mingəçevir şəhər İcra Hakimiyyəti və şəhər Bələdiyyəsi faşizm üzərində qələbənin 72-ci ildönümü münasibəti ilə müharibə veteranlarını evlərində ziyarət ediblər.

Alman faşizmi üzərində tarixi qələbə xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir. 1945-ci ilin 9 mayından 72 il  keçməsinə baxmayaraq, həmin günün qələbə sevinci müharibə veteranlarını tərk etməyib. Zaman veteranların sıralarına “əl gəzdirsə” də, Vətənin bir çağırışı ilə yenidən silaha sarılmaq əzmini qıra bilməyib.

Veteranlarla olan bu görüş bir daha onlara yaşama sevinci bəxş etdi. 97 yaşlı veteran Milan Yusifov, 97 yaşlı Baba Əliyev, 92 yaşlı Əmrah Rzayev, 94 yaşlı Nadejda Orucova, 94 yaşlı Seyidağa Ağayev onları yad edən şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər və deyiblər ki, biz bu diqqət və qayğıdan həmişə yararlanmışıq.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov onların hər biri ilə səmimi görüşərək səhhətləri ilə maraqlanıb, həmişə əllərindən gələn köməyi etməyə hazır olduqlarını bildirib. Ziyarət çərçivəsində veteranlara pul mükafatı da təqdim edilib. Şəhər bələdiyyəsi isə hər bir veterana ərzaq bağlaması təqdim edib. Veteranlar gündəlik diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıq ediblər.

Esmira Hidayətova, Mingəçevir