Vasif Rafael  oğlunun cənnətdəki ilk ad günü məzarı yanında qeyd olunub

268

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Mingəçevir şəhər sakini Məmmədov Vasif Rafael  oğlunun cənnətindəki ilk doğum günü uyuduğu Mingəçevir Şəhidlər xiyabanında məzarı yanında anılıb.
Anım mərasimində ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Seymur Hidayətov çıxış edib və şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun adından  şəhidin ailəsinə baş saglığı verib, ailəsinə və qohumlarına səbrlər diləyib. Şəhidin oxuduğu 18 saylı  Cəbrayıl orta məktəbinin müəllim və şagird kollektivi, şəhidin valideyinləri və döyüş yoldaşı, əzizləri  mövcud pandemiya qaydaları gözlənilməklə şəhidin məzarnı ziyarət ediblər.
Yaşasaydı,  20 yaşı olacaqdı. O, 2001 ci ilin bu günkü tarixində anadan olmuşdur. Onun haqqında danışan məktəbin psixoloqu Ulduz Nəcəfova deyir ki, Vasif üzündə həmişə təbəssümü olan şagirdlərimizdən biri idi: ”Məktəbimizin vətənpərvər oğullarından idi Vasif. Ailəsi Ağdam rayonunun Qarazeynallı kəndindən idi idi. Özü isə Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Onun bir sözünü həmişə xatırlayırıq. Deyirdi ki, Cəbrayıldan ilk su içən mən oldum. Ən böyük arzusu idi torpaqların azad olunması. Ona görə də əsgəri xidmətində olarkən o da digər yoldaşları kimi könüllü 44 günlük  vətən müharibəsində  iştirak etdi”.
Daha sonra şəhidin ruhuna dualar oxunub. Məktəbli şagirdlər onun xatirəsini  kiçik şeirlərlə yad ediblər.


Qeyd edək ki, Vasif Məmmədov    İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlının kəşfiyatçısı olub.  Qarabağ müharibəsində  göstərdiyi qəhrəmanlığa görə  ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayıl uğrunda “,”Fizuli uğrunda” döyüş medalı ilə təltif olunub.
Şəhidin şərəfli döyüş yolundan danışanlar bildiriblər ki, biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində  güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.
Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
Esmira Hidayətova, Mingəçevir