Valideynlər də “Yay məktəbi”ndən razılıq edirlər

111

Mingəçevir 7 saylı tam orta məktəbdə də iyunun 16-dan “Yay məktəbi”nə start verilib. Bu barədə məlumat verən məktəbin direktoru Anar İsmayılov qeyd edib ki, məktəbdə təşkil olunan “Yay məktəbi”ndə  iştirak edən şagirdlərin vaxtlarını daha səmərəli və maraqlı keçirmələri üçün hər cür şərait yaradlıb. Belə ki, “Yay məktəbi” çərçivəsində ekskursiyalar təşkil edilir: ”Məktəblilər üçün ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını daha da inkişaf etdirmək, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında ətraflı məlumatları çatdırmaqdan ibarətdir. Ən maraqlısı  6 –cı siniflərdə  STEM təhsil proqramının keçirilməsidir. Bu təhsil metodu  Mingəçevirdə iki məktəbdə var. Onlardan biri də bizim məktəbdir. Qeyd edim ki, STEM təhsil metodu təhsilalanlara dörd spesifik sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.  STEM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir və  dörd fərqli fənni real həyatda tətbiq olunan formada və vahid paradiqma kimi öyrədir. Bu sahə üzrə şagirdlər çox maraqıdılar.Hətta bu təhsil metodu  şagirdləri hansı peşəni  seçmələrindən asılı olmayaraq  onları həyata hazırlayır”.

“Yay məktəbi”də  məktəbdə müəlimlərdən ədəbiyyat və azərbaycan dili müəlliməsi  Mahirə Dərişova şagirdlərlə  maraqlı sual- cavablarla dərs keçirdi.  Şagirdlərə il ərzində keçdikləri fənnləri təkrarladır və  daha maraqlı olması üçün uşaqlarla  müxtəlif fənnlrlə bağlı söz oyunları oynayırdılar :”Bu gün biz onlarla  il ərzində  sözün quruluşca  keçirilən növləri  üzrə   müəyyən oyunlar təşkil etmişik, şagirdlər  burada həm  öyrənirlər, həm də əylənirlər”.

Bundan əlavə  məktəbin ibtidai sinif müəlimələrindən Fəranə İmanova şagirdlərə yay vaxtı normal qidalanmadan, İsmayılova Zərəfşan müəlimə  təbiət və biz  mövzusunda, Könül Məmmədova  yay məktəbi  çərçivəsində   mütailə bacarıqlarının  inkişafı   barədə   geniş məlumatlar verirdilər.

“Yay məktəbi”ilə bağlı bir neçə  valideyinlədə həmsöhbət oduq. Zeynalova Şamama,  Lətafət  Əliyeva və digərləri bildirdləri ki, övladlarımız pandemiya  dövründə təhsildən geri qaldıqları  fənləri öyrənirlər. Bir neçə  saat ərzində nə öyrənsələr onlara bu bir qənimətdir. Valideyinlər yay məktəbindən razı qaldıqalarını bildirdilər.

Sonda məktəbin   direktoru     2020-21-  tədris    ilində   qazandıqları   naliyyətlərdən də saytımıza  məlumat verib. Bildirib ki, ötən ildə , bu  il də  məktəbin  şagirdləri təhsildə  kifayət qədər uğur əldə   ediblər.  Belə ki, buraxılış imtahanlarında  Əlizadə Ruslan, Məmmədli  Nicat   şəhər üzrə ən yüksək bal toplayıblar. Məmmədli  Nicat  ötən tədris ilində  keçirilən “Sabahın alimləri” respublika  fənn müsabiqəsində maqnita mobil  layihəsi üzrə  (mühəndislik istiqaməti üzrə ) iştirak etmişdir  və ABŞ-dan fərqlənmə sertifikatı verilmişdir. Bundan əlavə 10 şagird isə 200-dən yuxarı  bal toplayıb. Anar İsmayılov  9 –cu siniflərin nəticələrinin  ürək   açan olduğunu da bildirdi.  Qeyd etd iki, illər öncə eksprment  siniflər  təşkil olunmuşdur.  Həmin  siniflərdən   yaxşı nəticələr əldə olundu . Həminsiniflərdən 21 nəfər şagirdən 10 şagird  53 fənndən əla qiymət almışdır.  Onu da qeyd edim ki, ötən tədris ilində respublika üzrə   buraxılş imtahanlarının nəticələrinə  görə  məktəbimiz   4552 məktəb içərisində   ilk yüzlükdədir, yəni 96-cı yerdədir. Bir şagirdimiz isə Belçika universitetinə daxil olmuşdur. Məktəbimizdə  850 nəfər şagird təhsil alır.  Bütün bu  uğurlar bizi  arxayın salmır və  çalışacağıq ki, növbəti illərdə də uğurlaarımız dahada yüksək olsun”.

Esmira  Hidayətova, Mingəçevir