“Vahid Rusiya” Partiyası qələbə qazanıb

0
355

Rusiyada parlament seçkiləri başa çatıb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Moskva vaxtı ilə saat 21:00-da ölkənin ən qərb regionu olan Kalininqrad vilayətində seçki məntəqələri bağlanıb.

Rusiya Mərkəzi Seçki Komissiyası artıq seçkilərə dair ilk məlumat verib. Belə ki, protokollarının 6,72 faizinin hesablanması başa çatıb. Hakim “Vahid Rusiya” partiyası 44,15%, Liberal Demokrat Partiyası – 18,39%, Kommunist Partiyası – 17,24%, “Ədalətli Rusiya” isə 6,24 % səs toplayıb.
Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə hakim “Vahid Rusiya” Partiyası qələbə qazanıb.