“Vətən”imdir, “Vətən”imdir, “Vətən”im

51
Abbas Səhhətin “Vətən” şeirinin motivləri əsasında Ramiz Qusarçaylının yeni nəşr olunmuş “Vətən” kitabına
“Könlümün sevgili məhbubu mənim”,-
“Vətən”imdir, “Vətən”imdir, “Vətən”im.
O, Azərbaycanımın dastanıdır,
Dünəni, həm bu günü – hər anıdır.
O, Vətən tariximin tablosudur,
Məkkəsi, Kəbəsi, həm qibləsidir.
Hər sözü, hər sətiri çox uludur,
Hərəsi bir yeni dastan qoludur.
O kitab məndə masaüstü olub.
Deməli, hər kitabdan üstün olub.
Qvami Məhəbbətoğlu (Rəsulov)
22 yanvar 2022