Uzunömürlü canlılar

Alimlər uzun illərdir çox yaşamağın sirrini tapmaq üçün dayanmadan çalışırlar. Uzun həyatın sirrini okeanların dərinliklərində axtaran elm insanları 1000 ilə yaxın yaşayan dəniz canlılarına rast gəliblər. Bunlardan bir neçəsini təqdim edək:
“Mersin balıqları”- Uzun gövdəsi, iti uclu burnu və ləzzətli yumurtaları olan bu balıqlar kürü qaynağı olaraq bilinir. Şirin suda doğulan mersin balıqları həyatlarını davam etdirmək üçün okeanlara üzsələr də, törəmə üçün yenidən evləri olan şirin sulara qayıdırlar.

Boz tutuquşu- Uçmaq formada qalmağın ən yaxşı yoludur. Ən uzun yaşayan heyvan növləri arasında bir çox quş növü var; məsələn, boz tutuquşular 70 yaşına qədər yaşaya bilirlər. Yaşlı quşlardan biri hesab edilən Kakadu London Zooparkında 80 yaşına qədər yaşadı. Ravens isə 90 ildən artıq həyatda qaldı.

Yaşlı balinalar- Qrenlandiya balinaları 200 ilə qədər yaşaya bilir. Ancaq onların tam yaşlarını bilmək mümkün olmayıb. Çünki bunu bilmək üçün alimlər balinanın gözünü biokimyəvi analiz etməlidirlər. Bir neçə il əvvəl bir Qrenlandiya balinasının ətində 1890-cı illərdən qalma xəncər parçasına rast gəlinib. Bu da onu sübut edib ki, həmin balinanın 100-dən çox yaşı olub.

Fil- Fillər sürülər halında yaşayan və heç düşməni olmayan heyvanlardan biridir. Bu nəhəng canlılar ovçular tərəfindən ovlanmasalar 70 yaşına qədər yaşaya bilirlər. Bu heyvanların ən maraqlı xüsusiyyətlərindən biri də yas saxlamasıdır.

Su tısbağası- Qalapaqos adalar qrupunda yaşayan 100-dən çox yaşı olan, yalnız yaşayan “Yalnız Corc” adlı nəhəng su tısbağası uzun illər növünün son nümunəsi olaraq bilinib. Bu tısbağa yalnız olsa da olduqca məşhurlaşıb, hətta ölümündən sonra da qorunub saxlanılıb. Digər nəhəng tısbağalar isə daha da uzun yaşayıb. Digər bir Qalapaqos tısbağası Harriet 2006-cı ildə öldüyü zaman 175 yaşında olub.

Balıqqulağı – Gözəl görünüşə malik olan balıqqulaqları elm adamlarını ən çox maraqlandıran mövzulardan biridir. Hesablamalara görə, ən yaşlı balıqqulağı 410 yaşında olub. İllər keçdikcə qabığının kənarında yeni bir halqa meydana gəlir.

Dəniz Süngəri- Dəniz süngərləri yavaş-yavaş böyüyür, ancaq uzun müddət həyatda qala bilirlər. “Scolymastra joubini” növlü dəniz süngəri  Antarktika okeanının dibində yaşayır və digər bütün heyvanlardan daha yaşlıdır. O təxminən min yaşındadır.