“Üzeyir bəy Hacıbəylinin publisistikasında musiqi məsələləri”nin imza günü keçirilib

0
272

Sentyabrın 28-də VI Bakı Beynəlxalq Kitab Sərgi -Yarmarkası çərçivəsində Bakı İdman Sarayında Üzeyirbəyşünas, musiqişünas, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvüSəadət Qarabağlının “Üzeyir bəy Hacıbəylinin publisistikasında musiqi məsələləri”kitabının III nəşrinin imza günü keçirilib.

Millət vəkili Qənirə Paşayeva,əməkdar jurnalist Tahir Aydınoğlu,Gülbəniz Hüseynli,Zərnişan Azayeva,əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu,yazıçı-publisist Rafiq Hüseynov, Umud Mirzəyev, Ələddin Əsədzadə, Qvami Məhəbbətoğlu və başqaları çıxış edərək müəllif və onun işıq üzü görmüş yeni kitabı haqqında dəyərli fikirlərini söylədilər. Sonra Səadət Qarabağlı kitabları imzalayaraq,oxuculara hədiyyə etdi.

Qeyd edək ki, kitab iki (Azərbaycan və rus) dillərindədir. Kitabı rus dilinə Arzuxanım Əlizadə tərcümə etmişdir. Kitabın redaktoru xalq artisti, professor Ülviyyə Hacıbəyovadır. (adalet.az)