Uşaqları sevindirdilər

76

Vətən müharibəsində həlak olan şəhidlərin övladları və Uşaq nevroloji sanatoriyasında müalicə olunan uşaqlar ilə görüş keçirilmişdir.

Bu  gün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə  şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri  ilə işin təşkili şöbəsinin əməkdaşı tərəfindən Vətən müharibəsində həlak olan  şəhidlərin övladları ilə görüş keçirilmiş, görüşdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun təbriki və hədiyyələri  şəhid uşaqlarına çatdırılmışdır.

Bundan əlavə aparatın əməkdaşları tərəfindən “Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nəzdində  olan Uşaq nevroloji sanatoriyada müalicə olunan uşaqlarla görüş keçirilmiş, görüşdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun adından  1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə uşaqlara təbrik çatdırılmış və hədiyyələr paylanmışdır.

Esmira Hidayətova, Mingəçevir