Uşaqlara Novruz hədiyyəsi: «Məlikməmməd və sehrli almalar»

Maraqlı, rəngarəng və zəngin repertuarı ilə seçilən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Novruz bayramı ərəfəsində daha bir yeni tamaşanı öz seyrçilərinə təqdim etməyə hazırlaşır. Yeni tamaşa Azərbaycan Xalq nağılı “Məlikməmməd” əsasında səhnələşdirilmiş «Məlikməmməd və sehrli almalar» adlanır.

mmeeTamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elnur Babayev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Yeni səhnə əsərində rolları Asya Atakişiyeva, Günel Məmmədova, Roza İbadova, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Səbinə Məmmədova, Araz Pirimov, Bəhram Həsənov, Müşfiq Əliyev, Elşən Şıxəliyev, Eyvaz İbrahimov, Rasim Cəfərov, Ramil Məmmədov, Vahid Orucoğlu, Eşqin Quliyev, Anar Seyfullayev, Yusif Dadaşov, Xəyal Salahov ifa edəcəklər.