Şagirdlər onun dərsində yorulmurlar

355

Fərqli salamlaşma olur, ardından isə himn oxunur. İlk dərs belə başlayır. Bəli, Mingəçevirdəki 20 nömrəli orta məktəbin dil-ədəbiyyat müəlliməsi əlil Günel Bəylərqızının dərslərinin tədrsi  digərlərindən fərqlənir.

O, sinifə daxil olub şagirdlərlə salamlaşır, hal -əhval tutur. Müəllimə şagirdlərlə salmalaşmadan sonra soruşur ki, uşaqlar nə var, nə yox. Onların cavabı isə belə olur:

– Allah var, şəriki yox.

Yüksək əhval ruhiyyədə dərs başlayır. Müəllim şagirdlərin sərbəstliyi üçün, fikirlərini ifadə etmək üçün onlara şəarit yaradır. Keçilən mövzuya uyğun sinif otağına quraşdırılan monitorda videorolik nümayiş etdirlir. Şagirdlərin dərs zamanı yorğunluğunu hiss edən müəllim bacarıqı olanlardan birini meydana dəvət edib, başlayır onlarla oxumağa. Elə bu səbəbdən şagirdlər dərsin 45 dəqiqə deyil, 15 dəqiqə olduğunu zənn edirlər.

Fərqli dərs bununla yekunlaşmır, hava şəraitinə uyğun məktəbin həyətində, müəyyən məkanlarda davam etdirilir. 14 ildir müəllimlik fəaliyyəti ilə məşğul olan Günel Bəylərqızı, səhhətində yaranan çətinliyə baxmadan ilk fəaliyyətə başladığı gündən belə davam etdiyini deyir.

Şagirdlərdə dərsdə gümrah, sevincli görünürdülər. Onlar dil-ədəbiyyat fənninin belə fərqli üsulla tədrisindən heç zaman yorulmurlar və hətta dərsin bitdiyini də istəmirlər.

Vətənpərvər müəllim şagirdləri Cocuq Mərcanlı kəndinə, bundan başqa hərbi hissələrə aparır. Məktəbdə şəhidlər haqqında onlara məlumatlar verir. Bunlardan başqa müəllimə şagirdləri ilə birlikdə uşaq evində tez-tez olur. Yaxın günlərdə tətil zamanı   isə Bakı şəhərində yerləşən qocalar evinə getməyi planlaşdırırlar.

Esmira Hidayətova, Mingəçevir