Uşaqlar əyləncə dolu gün keçiriblər

290

Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində Mingəçevir şəhərində icma əsaslı sosial resabilitasiya mərkəzinin fəaliyyitənin təşkilinə start verildi. Fəaliyyət 2 ay müddətində nəzərdə tutulmuşdur. Hazirda da davam edir.

Təşşəbbüsün əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlarla digər qəbildən olan uşaqların birgə inteqrasiyasından, icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkilindən, sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətin göstərilməsinə könüllülərin cəlb edilməsindən, onların sosial iş sahəsində bilik və bacarıqlarının artırılmasından, sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin maarifləndirilməsindən ibarətdir. Fəaliyyət çərçivəsində müxtəlif maarifləndirici və əyləncəli tədbirlərin həyata keçirilir.

Fəaliyyətin bu gün növbəti tədbiri təşkil oluub. Tədbir “Şəhərimizi tanıyaq müvzusunda“ gəzinti xarakterli olub. Gəzintinin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlarla şəhərimizin maraqlı əyləncəli yerlərini gəzmək və tanımaqdan ibarət olub. Gəzintidə sağlamlıq imkanları məhdud uşaqlar, sosial işçi, koordinator və könüllülər iştirak edibilər. Onlar Riverside Hotelin uşaqlar üçün təşkil edilmiş oyun parkında, MingoPark əyləncə mərkəzində maraqlı, əyləncəli oyunlar oynayıblar. Daha sonra şəhərimizin simbolu olan sülh rəmzi “Göyərçin “ abidəsinə baş çəkiblər və maraqlı fotoşəkillər çəkdiriblər.

Esmira Hidayətova,Mingəçevir.