Uşaq və Ailələrə Dəstək Mərkəzi ziyarət olunub

234

Bu gün Beynəlxalq Əlillər Günü ilə əlaqədar Mingəçevir Turizm Kollecinin müəllimləri, təhsildə uğur qazanmış fiziki məhdudiyyətli tələbələri və İkinci Qarabağ müharibəsində qəhrəmanlıq nümayiş etdirərək qazi olan tələbələri Mingəçevir şəhərində yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət ediblər. Ziyarət etməkdə məqsəd bu təbəqədən olan insanların digər insanlarla eyni hüquqlara malik olduqlarını və onların da cəmiyyətin ayrılmaz bir parçası olduğunu vurğulamaqdır. Maraqlı və əyləncəli görüş zamanı tələbələr ə uşaqlar əyləncəli oyunlar və rəqslər edib, eyni zamanda kollecin fiziki məhdudiyyətli və qazi tələbələri təhsil almaq üçün heç bir əngəlin onlar üçün məhdudiyyət olmadığını bildiriblər.

Bu kimi təşəbbüslər fiziki məhdudiyyətli insanların daim diqqət mərkəzində saxlamaq və onlara daim qayğı göstərmək onların tipik insanlardan heç bir fərqi olmadığını aşılamaq üçün böyük fürsətdir. Həmçinin, Mingəçevir Turizm Kollecinin Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə daha böyük layihələr keçirilməsi və təbliği barəsində danışıqlar aparılıb.

Esmira Hidayətova