“Uşaq hüquqlarını qorumaq hər kəsin işidir”

426

Bu gün – 1 iyun Beynəlxalq Üşaqların Müdafiəsi günüdür. Dostoyevskinin dili ilə desək, “Uşaqlar olmasaydı, insanlığı bu qədər sevə bilməzdik”. Uşaqları sevmək, onlara qayğı göstərmək cəmiyyətdəki hər bir insanın mənəvi borcudur. Bəs cəmiyyət uşaqları necə qorumalıdır? Sosioloq Cavid İmamoğlu “Yeniavaz”ın sualını cavablandırıb.

“Ümümiyyətlə, hər zaman aktual olan mövzulardan biri də, uşaq hüquqlarının qorunması məsələsidir. BMT-nin uşaq hüquqlarına dair konvensiyasında bir sıra hüquqlar nəzərdə tutulub. Onları bir yerə toplasaq , yaşamaq hüququ, müdafiə olunma hüququ və s. olduğunu görərik. Bu hüquqlar 0-18 yaş arası hər kəsə şamil olunur. Bizim hər birimiz başa düşməliyik ki, uşaqlar gözəl rifah halında, sevgi şəraitində yaşamalı, tənha böyüməməlidir. Bütün uşaqların xüsusi qayğıya ehtiyacları var. Bura məcburi köçkünlər, miqrantlar da daxildir ki, məhz o uşaqlar da müdafiəsiz qalmamalıdırlar. Öncə vurğuladığımız bu konvensiyanı qəbul edən hər bir dövlət buna əməl etməlidir. Bildiyimiz kimi, bütün uşaqların təhsil alma hüququ, istirahət etmə hüququ və s. vardır ki, valideynlər bunları təmin etməlidirlər. Valideynlər uşaqları bəsləməli və onlara ən yaxşı qayğı ilə yanaşmalıdırlar. Bir çox hallarda görürük ki, valideynlər uşaqların istəklərinə qarşı çıxırlar və öz istədikləri kimi yönləndirlər. Bu uşaq hüquqlarına qarşı zorakılıqdır. Valideynlər öhtaələrinə düşən məsuliyyəti başa düşməlidirlər. Cəmiyyət başa düşməlidir ki, uşaq hüquqlarını qorumaq hər kəsin işidir. Bu məsələdə heç kəs kənarda qalmamalıdır”.