Uşaq futbolunda bir balaca silkələnmə var

“Qaradağ Lökbatan”dan ayrılan Adil Mahmudov qısa zamanda özünə yeni iş yeri tapdı. Təcrübəli mütəxəsis “Neftçi” rəhbərliyi ilə anlaşdı. Adil Mahmudov “Neftçi”nin U-15 komandasının baş məşqçisi təyin olundu. O, “Qaradağ Lökbatan” komandası ilə birinci dəstənin çempionu, gümüş və bürünc mükafatçısı olub. “Qaradağ Lökbatan”dan ayrılması, yeni təyinatı, Azərbaycanda uşaq futbolunun vəziyyəti kimi suallarla Adil müəllimə müraciət etdik.

– “Qaradağ Lökbatan”dan ayrılmağınız hamı üçün gözlənilməz oldu. Bu sizin öz qərarınız idi, yoxsa rəhbərlik sizinlə yolları ayırmağı qərara aldı?

– Mən nəticəyə oynayan baş məşqçiyəm. Düzdür, biz liderdən cəmi 6 xal geri qalırdıq. Amma mən hiss etdim ki, komandada kimsə qurban getməlidir. Məşqçilərin böyük əksəriyyəti belə hallarda futbolçularını qurban verirlər. Amma mən bütün məhsuliyyəti öz üzərimə götürdüm. Bilirsiniz, elə məqamlar var ki, məşqçi hiss edir ki, artıq getməyin vaxtı gəlib. Mən bəzi məşqçilər kimi 30 oyun uduzandan sonra  yenə yerimdə otura bilmirəm. Oradan çörək yeyə bilmərəm. Mən “Qaradağ Lökbatan”da çalışdığım 4 il ərzində biz yalnız çempionluq üçün oynamışıq. Sadəcə olaraq, hiss etdim ki, kimsə getməlidir, futbolçularımı göndərməmək üçün özüm getdim. Qərarım qətiləşdikdən sonra komanda rəhbərliyi ilə görüşüb, qarşılıqlı şəkildə yollarımızı ayırdıq. Ancaq hiss edirəm ki, hər an hər şey dəyişə bilər. Gələcəyi bilmək olmaz, məni yenidən “Qaradağ Lökbatan”nın baş məşqçisi vəzifəsində görə bilərsiniz.

– PFL-nin prezidenti Ramin Musayev mətbuata açıqlamasında bildirmişdi ki, gələn ildən Topaz Premyer Liqasında 10 deyil 12 komanda mübarizə aparacaq. Bu o deməkdir ki, əvvəllər sizin başçılıq etdiyiniz “Qaradağ Lökbatan” gələn il Topaz Premyer Liqasında ola bilər. Uzun müddət Lökbatan komandasının sükanı arxasında olmusunuz, “Qaradağ Lökbatan”la Topaz Premyer Liqasında çıxış etmək istəyərdinizmi?

– “Qaradağ Lökbatan” Topaz Premyer Liqasına vəsiqə əldə edib orada yüksək yerlər uğrunda mübarizə aparsa, Adil Mahmudov yenidən bu klubun baş məşqçisi olacaq.

– “Neftçi” komandası ilə razılağa gəlməniz necə oldu?

– “Qaradağ Lökbatan”dan ayrılandan sonra “Neftçi” rəhbərliyi mənə təklif göndərdi. Mən də sevə-sevə qəbul etdim. “Neftçi” rəhbərliyinə “Çempion” qəzeti vasitəsiylə öz minnətdarlığımı bildirirəm. “Neftçi” rəhbərliyi hər zaman Azərbaycanın öndə olan futbol məşqçilərinə böyük önəm verib. Hazırda “Neftçi”nın U-15 komandasında baş məşqçiyəm. Burada hər şey məni qane edir. Mən komandanı təhvil alanda “Neftçi” U-15-i turnir cədvəlində səkkizinci pillədə qərarlaşmışdı. Bu yer isə “Neftçi”nin adına yaraşmır. “Neftçi”nin bütün komandaları yalnız çempionluq uğrunda mübarizə aparmalıdır. Mən komandada məşqçiliyə başlayandan sonra iki oyun oynamışıq. AZAL-ı 5:0, “Xəzər Lənkəran”ı isə 1:0 hesabı ilə məğlub edərək iki oyuna altı top vurmuşuq. Bu nəticələrdən sonra turnir cədvəlində də iki pillə irəlləmişik. Hazırda “Neftçi”nin U-15 komandası turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

– Komandadakı uşaqların səviyyəsi sizi qane edirmi?

– Bəli, edir. Bizim komandada kifayət qədər prespektivli futbolçular var. Onların daha da inkişaf etməsi və gələcəkdə əvəzedici, daha sonra isə əsas komandaya yüksəslməsi üçün əlimdən gələni edəcəyəm.

– Siz birdən-birə 15 yaşlı uşaqlarla işləməyə başladınız. Bu yaşdakı futbolçularla işləməyin hansı çətinlikləri var?

– Azərbaycanda Topaz Premyer Liqası və Birinci Divizionda işləyən bəzi məşqçilər var ki, onlar işsiz qalsalar belə, uşaqlarla işləməyi özlərinə sığışdırmırlar. “Qaradağ Lökbatan”dan ayrılandan sonra U-15-ə qoşuldum və özüm üçün yeni bir səhifə açdım. Mənim belə bir təklifim var ki, kim uşaq futbolunda ən azı beş il çalışmırsa, onu nə Birinci Diviziona, nə dəki Premyer Liqaya buraxmasınlar. Yəni uşaq futbolunu görməyən məşqçi böyüklərlə çalışa bilməz. Bəzi prepektivli futbolçuların məhz təcrübəsiz məşqçilər ucbatından futbolu tərk etdiyini hamı bilir. Ancaq mən sizə deyim ki, 15 yaşlı futbolçular heç uşaq sayılmır. Uşaq 8-10 yaşında olur. 15 yaşlı futbolçu isə artıq yeniyetmədir. Mən sizə bir neçə 15 yaşlı futbolçunun adını çəkim ki, yaxın gələcəkdə bu uşaqlar milli komandaya qədər yüksələcəklər. Fərid Mahmudov, Soltan Əlibəyli, qapçılardan Məhərrəm, Nail, yarımmüdafiəçilərdən Asim böyük potensialı olan, prespektiv vəd edən futbolçulardır. Bu uşaqların həm də  yaxşı qavrama qabiliyyəti var.

– Azərbaycanda uşaq futbolunun səviyyəsi sizi qane edirmi?

– Hazırda ölkəmizdəki uşaq futbolunda bir balaca silkələnmə var. Ancaq yaxşı olardı ki, uşaq komandalarında oynayan futbolçular il ərzində bir neçə dəfə ölkə xaricinə toplanışa gedəydilər. Belə olan halda futbolumuz inkişaf edəcək. Niyə? Bu saat Azərbaycan çempionatı Bakı çempionatına dönüb. Bütün klublar Bakıya yığışıb. Ancaq elə rəqiblər olmalıdır ki, futbolçular onlarla oyunda fərqlilik hiss etsinlir. Eyni komanda ilə nə qədər oynamaq olar? Fərqli klublarla qarşılaşmaq lazımdır ki, futbolçuların potensialı açılsın.

– “Neftçi” rəhbərliyi sizə hansı hədəf qoyub ?

– Bizim yeganə hədəfimiz prespektivli futbolçuların üzə çıxarılması və onların inkişaf etdirilməsidir. Bununla da əvəzedici və əsas komandaya futbolçu hazırlayıb verməliyik. Mən gələndən sonra  komandaya bir neçə futbolçu gətirmişəm. Bunlardan başqa daha bir yeni tapıntım var ki, U-15 liqasına səs salacaq. Bu futbolçu Azərbaycan çempionatlarının aşağı yaş qruplarında oynayıb, amma sonradan it-bata düşüb. Mən bu futbolçunu dünən tapmışam, gələcəkdə biz onu milli komandada görə biləcəyik. Onun adını yadda saxlayın: Şıxmirzə Mikayılov.

– U-15 liqasının təşkilatçılığı sizi qane edirmi?

– Super. Bir kəlmə ilə sizə cavab verdim. Burada hər şey yüksək səviyyədə təşkil olunub. Məşqçilərə ancaq başını aşağı salıb öz işini görmək qalır. “Çempion” qəzeti vasitəsilə AFFA rəhəbliyinə öz minnətdarlığımı bildiriəm ki, uşaq və yeniyetmə futbolçularla işləmək üçün “Neftçi” klubuna xaricdən idman direktoru gətirib. Bizim komandaya təyin olunana holland mütəxəsis Yan Versleyen hər oyundan sonra bizə öz məsləhətlərini verir. Hollandiyalı məşqçi ilə bərabər Səmədağa Şıxlarov da bizim məşqləri izləyir və öz tövsiyyələrini verir.

– Azərbaycanlı uşaqların futbola marağı necədir?

– Uşaqların istəyi var. Ancaq onlar keçid dövrü yaşayırlar. Biz bu futbolçularla daha çox psixaloji hazırlıqlar aparırıq. Elə olur ki, məşq prosesi zamanı 15 yaşlı futbolçudan bir şey istəyirəm, bu isə onun acığına gəlir. Ümumiyyətlə, biz qafqazlıların fərqli psixalogiyası var. Biz nəsə edib özümüzü sübut etməyə çalışırıq. Halbuki, baş məşqçinin sözlərinə qulaq assalar, daha çox inkişaf edə bilərlər.

– Uşaq vaxtı gözəl futbol oynayan bir oyunçu müəyyən zaman keçdikdən sonra ya itir, ya da ki, əvvəlki oyun üslubunu qoruya bilmir. Sizcə bunun səbəbi nədir?

– Siz gözəl nöqtələrə toxunursunuz. Mənim layihəm var, onu həyata keçirə bilsəm, beş il ərzində Azərbaycanda Avropa səviyyəli futbolçu yetişdirə bilərəm. Mən buna başımla cavabdehim. Gələcəkdə Premyer Liqa kulblarında baş məşqçi vəzifəsində çalışsam, o lahiyəni həyata keçirməyə çalışacam. Siz düz buyurursunuz, 15-17 yaşından sonra futbolçu itir-batır. Niyə? Elə ailələr var ki, uşağı 15-17 yaşına çatanda deyir ki, get pul qazan. Uşaq da qalır iki daş arasında, ya futbol oyanamalıdı, ya da pul qazanmalıdır. O da gedib ya avtobusda konduktor işləyir, ya da mağazada satıcı. Mən uşaqlar tanıyıram ki, uşaq futbolunda mükəmməl olub, amma sonradan sırf pul məsələsi ilə əlaqədar futbolu atıb. Bunun qarşısını almaq üçün isə yeniyetmə futbolçulara az da olsa (ayda 200-300 azn) məvacib ayrılmalıdır. Bu mütləqdir, yoxsa biz hələ çox gənc və perspektivli futbolçuları itirəcəyik. Avropa bunu 100 il bundan əvvəl edib, amma biz hələ də əməl etmirik. Məncə, bu məsələ dövlət səviyyəsində öz həllini tapmalıdır. Mən on iki yaşımda Sovet dğvrə idi, günə üç manatlıq talon alırdım. 20 qəpiyə qreçka, katlet və kampot, 30 qəpiyə isə ətli sup, quru yemək və perşaki alırdım. Bu pulu hər gün xərcləyirdim, 2 manat 50 qəpiyim atrıq qalırdı. Mən onu demək istəyirəm ki, biz bu gün 15 yaşlı futbolçuya heç olmasa, gündəlik 5-6 manat pul versək, bu da çox gözəl olar. Bilirsiniz 15 yaşlı yeniyetmə öz istədiyi soku içməli, cibində pul olmalıdır. Ancaq bu olduğu halda biz futbolçu yetişdirə bilərik.

Səid Hüseyn