“Unutmayın ki, məktəb illəri yaddaşınızın silinməyən xatirəsidir”

503

Bu gün Mingəçevirin ümumtəhsil məktəblərinin 11-ləri  üçün də son zəng çalınıb. Bu münasibətlə Mingəçevir Rəşad Mirabov adına 7 saylı tam orta məktəbdə təşkil olunmuş tədbirdə şəhər İcra Hakimiyyətinin başçı Niayzi Bayramov da iştirak edib. Məktəbin direktoru Anar İsmayılov çıxış edərək məktəbin uğurlarından söz açıb. Daha sonrqa məzunlar xitab edərək deyib: “Əziz  məzunlar! Biz  bu gün sizlərin –  11 il öncə məktəbə ilk qədəmlərini atan körpə balaların müstəqil həyata vəsiqə aldıqlarının şahidi oluruq. Unutmayın ki, məktəb illəri yaddaşınızın silinməyən xatirəsidir. Sizi qarşıda yeni həyat, yeni sınaqlar gözləyir. Sizə ən əsası cansağlığı, ölkəmizə və xalqımıza layiqli gənclər olmağı, həmçinin məktəbimizin, valideynlərinizin ümidlərini doğrultmağı diləyirik. Arzu edirəm ki, məzun adından sonra tələbə adına layiq görüləsiniz. Qüdrətli Vətənimizin bundan sonrakı inkişafında uğurlu imzalarınızı görmək ümidiylə sizlərə xoşbəxtlik və uğur arzulayıram”.

Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məktəbin müəllim kollektivini, valideynləri və məzunları təbrik edib. Daha sonra o ölkə başçısı cənab İlham Əliyevin təhsil sahəsində gördüyü işlərdən ətraflı söz açıb: “Ötən il şəhərimizdə 3 məktəb (1,7,9 saylı məktəblər) əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edirlərək şagirdlərin istifadəsinə verilib”.

 

Esmira Hidayətova, Mingəçevir