Ulu Öndər: Müstəqil Azərbaycanın gənclər və idman siyasətinin yaradıcısı

0
334

Mingəçevir şəhər Gənclər və İdman İdarəsi və Mingəçevir Gənclər Evi SXM-in birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın gənclər və idman siyasətinin yaradıcısıdır” mövzusunda videokonfrans keçirilıbr. Konfransda Kamal Nəcəfli, Anar Şahbazov, Tural Kərimov  və Emil Xanlarov mövzu ətrafında çıxışlar ediblər.

Çıxışlarda vurğulanıb ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. Bu məlum həqiqəti Azərbaycanda hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımı tədbirləri görən yeganə bir insan var idisə o da Heydər Əliyev idi.

Esmira Hidayətova, Mingəçevir