Ukraynanın üç dəniz limanı taxılının ixracı üçün hazırlanır

51

Odessa, Çornomorsk və Pivdennı limanları Ukrayna taxılının ixracı üçün hazırlanır. Gəmilər karvan formasında bu limanlara gedib-gələcəklər.

Bu barədə Ukraynanın İnfrastruktur Nazirliyinin “Telegram” kanalında yayımlanan hesabatında qeyd edilib.

Xatırladaq ki, iyulun 22-də Türkiyənin İstanbul şəhərində Ukrayna, Türkiyə, BMT və Rusiya arasında dördtərəfli görüşdən sonra Ukrayna limanlarından taxıl və digər ərzaq məhsullarının ixracının qarşısının alınmamasına dair saziş imzalanıb.