Ukraynada seçkilərin ilkin nəticələri açıqlanıb

413

Ukraynanın Mərkəzi Seçki Komissiyası 0,17% protokolların sayılmasından sonra prezident seçkilərində səsvermənin ilkin nəticələrini açıqlayıb.

Rəsmi məlumata görə, hazırkı dövlət başçısı Petr Poroşenko 1314 seçici (24,76% seçici) səs verib. Onun əsas rəqiblərindən hesab edilən Vladimir Zelenski isə 1252 seçici (23,60% seçici) səs toplayıb.

Siyahıda üçüncü yerdə 906 seçici ilə (17,07% səs) Yuliya Timoşenko, dördüncü yerdə isə Anatoli Qritsenko (8,63% səs) qərarlaşıb.

“Exit poll”un məlumatları Vladimir Zelenskinin (30,4% səs) lider olduğunu göstərib. Onunla birlikdə ikinci turda 17,8% səs toplamış Pyotr Poroşenko keçib. (Report)