Ukraynada səsvermə başa çatıb

259

Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı keçirilən səsvermə başa çatıb.

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb. “Exit-poll”un nəticələrinə görə  “Xalqın xidmətçisi” (Prezident Vladimir Zelenskinin partiyası) 43,9%, “Müxalifətçi platforma – Həyat Uğrunda”  – 11,5%, “Avropa Həmrəyliyi” (sabiq Prezidenti Petro Poroşenkonun partiyası) – 8,9%, “Batkivşina” (Yuliya Timoşenkonun partiyası) – 7,6%, “Səs” (müğənni Svyatoslav Vakarçukun partiyası)  6,3%.səs toplayıb.