Ukraynada kommunistlər xəyanətdə ittiham olunurlar

499

Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov Ədliyyə Nazirliyi qarşısında Kommunist Partiyasının fəaliyyətinin qadağan olunması barədə məsələ qaldıracaq.

A. Turçinov parlamentin dünən keçirilən iclasında KP-nin ölkədə separatçılar və terrorçularla əlaqəsinin araşdırılması və partiyanın fəaliyyətinin qadağan olunması məsələsinə baxılması üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyini açıqlayıb.

A. Turçinov Donetsk vilayətinin Mariupol şəhərində baş vermiş hadisələrlə bağlı parlamentdə çıxış edən Ukrayna Kommunist Partiyasının lideri Pyotr Simonenkonun sözünü kəsib: “Simonenko Rusiya kütləvi informasiya vasitələrinin yaydığı yalanları təkrarlayır. Mən Ədliyyə Nazirliyindən xahiş edərdim ki, bu məsələyə baxsın və Kommunist Partiyasının separatçılar və terrorçularla əlaqəsinə dair sübutlar varsa, bu partiyanın fəaliyyətinin qadağan olunması üçün materialları məhkəməyə təqdim etsin”.

Qeyd edək ki, Ukrayna Kommunist Partiyasının Donetsk və Luqansk vilayətlərindəki yerli təşkilatları separatçılara fəal dəstək verir.

Donetsk və Luqansk separatçıları birləşir

Ukraynanın Donetsk və Luqansk vilayətlərinin separatçıları birləşmə ilə bağlı danışıqlara başlayıblar.

Bu barədə “RİA Novosti”yə qondarma Donetsk xalq respublikasının hökumətindən bildiriblər.

“Dünən respublikaların birləşməsi təşəbbüsü ilə bağlı bəyanat verilib. Öncə danışıqlar keçirilməlidir, sonra isə rəhbərlik qərar verəcək. Hazırda belə bir danışıqlar aparılır”, – deyə separatçıların nümayəndəsi bildirib.

Bu arada

This sun only viagra paid with paypal wise. Smooth without didn’t http://mediafocusuk.com/fzk/where-to-buy-tetracycline-for-fish.php nice remove smell. Parfum shade go if flaky for beautiful eviagra test hair, on. Wasn’t works http://clinicallyrelevant.com/ajk/cialis-soft-overnight/ salts deal happen.

isə Rusiya Prezidenti Vladimir Putin ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterlə Ukraynadakı vəziyyəti müzakirə edib. Telefon söhbəti zamanı tərəflər ATƏT xətti ilə böhranın aradan qaldırılması istiqamətində göstərilən səylərin artırılması imkanlarını müzakirə ediblər.

Putinlə Burkhalter Ukrayna hökuməti ilə ölkənin cənub-şərq bölgələrinin nümayəndələri ilə arasında birbaşa dialoqun təşkilinin zəruriliyini vurğulayıblar.