Ukrayna üzərində uçuşa qadağan zonası yaradılsa…

92

ABŞ Ukrayna üzərində uçuşa qadağa zonası yaratmağı planlaşdırmır, çünki bu, Rusiya ilə toqquşma təhlükəsi yaradır.

Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

“Bu, ABŞ ordusundan Rusiya təyyarələrini vurmasını tələb edəcək və potensial olaraq Rusiya ilə birbaşa hərbi əməliyyatlara gətirib çıxaracaq”, – Psaki deyib.

Pentaqonun rəhbəri Lloyd Austin daha əvvəl dediyi kimi, Ukrayna üzərində uçuşa qadağan zonasının tətbiqi ABŞ-ı Rusiya ilə müharibəyə təhdid edəcək.