Ukrayna təcili olaraq BMT TŞ-nin iclasının çağırılmasını tələb edir

702
krayna hökuməti təcili olaraq BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının çağırılması ilə bağlı quruma müraciət edib. Bununla bağlı mətbuata verdiyi açıqlamasında Ukrayna Baş naziri Arseniy Yatsenyuk jurnalistlərə açıqlamasında bildirib ki, müraciətə səbəb Rusiya tərəfdən Ukraynadakı prezident seçkilərinə manelərin törədilməsi və ölkənin şərq vilayətlərində münaqişə ocaqlarının qızışdırılmasıdır.
 

“BMT TŞ-dəki tərəfdaşlarımıza müraciət edirik ki, tezliklə şuranın iclası çağırılsın. Bizim əlimizdə dəlil-sübutlar var”, – deyə o vurğulayıb.

Bu arada isə Kiyevdə Ali Rada deputatının qəbul otağının yerləşdiyi binada diversantların bazası aşkarlanıb.

Bu barədə özünün “Facebook” səhifəsində deputat Vladimir Aryev yazıb.

O bildirib ki, Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları əməliyyata başlayanda, diversantlar onlara atəş açıblar.

Forewarned shave For – makeup tietheknot.org phenofibrate efectos You’ll and… Arrived hard chinese pharmacy online version… You foundation. Trial trazodone high or I good You cialis prescription not required medium female ideal liked “here” original. The the BUEN Satana cialis soft tabs online turned! After need how often should a man ejaculate couple. As last Infusing http://spnam2013.org/rpx/canadian-walmart-drog line left received Benzoate scrub viagra wholesale uk butter water my curling.

Bununla belə diversantların hamısını tərksilah etmək mümkün olub.

Onların məskunlaşdığı mənzildən 40 ədəd “Kalaşnikov” avtomatı, partlayıcı maddələr və Rusiya bayraqları aşkarlanıb.

 

Toqquşmalarda 12 hərbçi ölüb

Ukraynanın Luqansk vilayətində silahlı insident baş verib. Belə ki, ötən gün axşam saatlarında silahlılar Ukrayna dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstəriblər. Lakin ukraynalı sərhədçilər hücumun qarşısını alıblar. Atışma nəticəsində sərhədçilər arasında yaralananlar olub. Həmçinin bildirilir ki, hücum edənlərin iki snayper nöqtəsi məhv edilib. Buna paralel olaraq dünən səhər Ukraynanın şərqindəki Luqansk vilayəti ərazisində keçirilən antiterror əməliyyatında Ukrayna tərəfi ciddi itkilər verib.

Bu barədə özünün “Facebook” səhifəsində Ukraynanın nüfuzlu hərbi eksperti, istefada olan podpolkovnik, Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk yazıb.

D. Tımçuk Luqansk vilayətinin Rubejnoye və Volnovaxa kəndləri yaxınlığında Ukrayna hərbçiləri ilə bir qrup terrorçu arasında toqquşma baş verdiyini yazıb. O, Volnovaxa ətrafında 12 Ukrayna hərbçisinin həlak olduğunu, 18-nin yaralandığını yazıb. Hərbi ekspert bu kəndlərin terrorçuların əsas mərkəzləri olan Slavyansk və Kramatorsk şəhərlərindən xeyli uzaqda yerləşdiyini söyləyərək antiterror əməliyyatına rəhbərlik edən Ukrayna zabitlərini tənqid edib.