Ukrayna Rusiyanı Krımdan imtina etməyə məcbur etmək niyyətindədir

531
Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko da Krım və Donbas hövzəsinin Kiyev hakimiyyətinin nəzarətinə qaytarılması barədə danışıb.
Nazirin məsləhətçisi “5 kanal”ın efirində Rusiya Prezidenti Vladimir Putinin nəinki Krım və Donbas hövzəsini qaytaracağını, həmçinin Kiyevi razı salmaq üçün əlavə güzəştlərə gedəcəyini deyib.

“Bəli, biz hazırda bu əraziləri hərbi yolla qaytara bilmirik, çünki orada Rusiya qoşunları var. Amma xarici partnyorlarla birlikdə Putini elə bir vəziyyətə çatdırmalıyıq ki, onun özü Novorossiya ideyalarından imtina etməyə və Kiyevə kompensasiya ödəməyə məmnuniyyətlə razı olsun”, – deyə Qeraşenko vurğulayıb.

Bu arada isə ABŞ-ın müdafiə naziri Çak Heygel deyib ki, Rusiya özünü dünyadan təcrid edir

O, Rusiyanın Ukraynadakı hərəkətlərini “təhlükəli və məsuliyyətsiz” adlandırıb.

“Rusiyanın Ukraynada törətdikləri, bu ölkənin Avropa hava məkanında hərbi təyyarələrinin uçuşları və oxşar uçuşların Meksika körfəzi üzərində planlaşdırılması çox təhlükəlidir. Rusiyanın suverenlik və beynəlxalq hüququ pozmasına reaksiya verilməlidir”, – deyə o vurğulayıb.

 

Moskva Kiyevi separatçılarla dialoqa dəvət edir

Rusiya təkid edir ki, rəsmi Kiyev Ukraynanın şərqində keçirilmiş “seçkiləri” nəzərə alaraq qondarma Luqansk və Donetsk respublikaları ilə dialoqa başlasın.

Bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

Ukrayna böhranına toxunan S. Lavrov bu ölkədən gedən proseslər Qərbin yürütdüyü siyasətin nəticəsidir: “Son 25 ildə Qərb öz təhlükəsizliyini başqalarının təhlükəsizliyinə zərbə vurmaq hesabına möhkəmlətməyə, öz nəzarətində olan geosiyasi məkanı genişləndirməyə çalışır”.

O həmçinin Ukraynanın baş naziri Arseniy Yatsenyuku ittiham edərək, onun Minsk prosesindən imtina edib Cenevrə formatına qayıtmağa çalışdığını bildirib. Rusiya XİN başçısının sözlərinə görə, Minsk razılaşmasını şübhə altına almaq istəyənlər Donetsk və Luqansk rejimlərinin təmsil olunmayacağı danışıqlar formatını gündəmə gətirirlər.

“Hazırda əsas məsələ Kiyevin Donetsk və Luqanskla davamlı birbaşa danışıqların davam etdirilməsidir. Bu dialoq, xüsusən də, Ukraynada və bu ölkənin Donetsk və Luqansk nümayəndələrinin nəzarətində olan ərazilərində keçirilmiş seçkilərin kontekstində baş tutmalıdır”,-deyə nazir bildirib.

Lavrov eyni zmanda Rusiyanın Asiya ölkləriilə ləaqələri inkişaf etdirməsi məsələsində də toxunub. O Dövlət Dumasında “Hökumət saatı”nda çıxışı zamanı: “Asiya ölkələri ilə əlaqələrin yaxşılaşdırılması Qərblə münasibətlərə alternativdir”,-deyib.