Ukrayna-Rusiya danışıqlarının ikinci raundu martın 2-də keçirilə bilər

58

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların ikinci raundu martın 2-də keçirilə bilər.

Bu barədə “Zerkalo nedeli” Ukraynadakı diplomatik mənbələrə istinadla məlumat yayıb.

Ukrayna və RF nümayəndə heyətlərinin danışıqları dünən Belarus ərazisində keçirilib. Görüşdə Ukraynanı “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, müdafiə naziri Oleksi Reznikov, prezident ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak, Rusiyanı isə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin və başqaları təmsil ediblər.

Volodimir Zelenskinin ofisindən bildiriblər ki, danışıqların əsas mövzusu atəşin dərhal dayandırılması və qoşunların Ukrayna ərazisindən çıxarılmasıdır. Görüşün yekunları barədə danışan Zelenski isə deyib ki, hələlik Ukraynaya lazım olan nəticə yoxdur.

“Növbəti danışıqlar martın 2-nə planlaşdırılıb”, – deyə nəşrin məlumatında bildirilir.