Ukrayna Prezidenti Haluk Bayraktarı mükafatlandırıb

40

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktarı qəbul edib. Görüş zamanı Ukraynada yeni zavodun tikintisinin təfərrüatları və bir sıra birgə layihələr müzakirə edilib.

Bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar ilə görüşümüzün bir nömrəli mövzusu Ukrayna ordusunun müdafiə qabiliyyətini gücləndirmək üçün gələcək əməkdaşlıqdır”, – deyə Zelenski vurğulayıb.

Volodimir Zelenski, həmçinin qeyd edib ki, dialoq zamanı Ukraynada “Baykar” zavodunun tikintisinin təfərrüatları və Ukrayna komponentlərindən istifadə etməklə yeni məhsulların istehsalı müzakirə olunub. Bundan əlavə, Volodimir Zelenski Haluk Bayraktara 1-ci dərəcəli “Xidmətə görə” ordeni təqdim edib.