Ukrayna Krım məsələsini kənara qoymağa hazırdır

36

“Ukrayna indi Krım məsələsini kənara qoymağa hazırdır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “Rai-1” telekanalına müsahibəsində deyib.

“Rusiya ilə müharibənin davam etdiyi bir vaxtda biz buna hazırıq. Çünki yarımadanın statusu ilə bağlı fikir ayrılıqları ölkə liderlərinin görüşünə mane olur. Amma Kiyev heç vaxt Krımı Rusiyanın ərazisi kimi tanımayacaq”, – o söyləyib.