Ukrayna Donbasa xüsusi status vermədi

494

Ukrayna hökuməti Donbasa xüsusi statusun verilməsi ilə bağlı məsələyə münasibətdə özünün qəti mövqeyini bir daha ortaya qoyub. RİA Novostinin verdiyi məlumata görə, Ukrayna hazırkı vəziyyətdə hər hansı bölgəyə xüsusi statusun verilməsini mümkün hesab etmir. Məsələ ilə əlaqədar mətbuata açıqlama verən Ukrayna Təhlükəsizlik və müdafiə şurasının katibi Aleksandr Turçinov: “Günümüzdə Ukraynada hər bir vilayət xüsusi statusa malikdir Ukrayna federal deyil, unitar dövlətdir və bu müstəvidə də hər bir vilayətin xüsusi statusa malik olması onların dinamik inkişafını təmin edir. Ona görə də Donbasa əlavə olaraq hansısa xüsusi status verilməyəcək”,-deyib.
Turçinovun sözlərinə görə, separatçıların nəzarəti altında olan ərazi Donbasın yalnız üçdə birini təşkil edir. O Donbasın Ukraynanın nəzarəti altında olan hissəsinin xüsusi statusa ehtiyacının duyulmadağını xüsusi vurğulayıb.
Xatırladaq ki, Rusiya son bir neçə ildə dəfələrlə separatçı Donbasa və Luqanska xüsusi status verilməsini gündəmə gətirərək münaqişənin həllinin bundan asılı olduğunu bəyan edib. Ulkrayna isə öz növbəsində Rusiyanın bu təklifini rədd edib