UEFA Millətlər Liqasında növbəti oyunlar keçirilib

57

UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçirilib.

A, B və C Liqalarında ümumilikdə 6 qarşılaşma baş tutub.

A Liqasının 3-cü qrupunda Almaniya İngiltərəni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qonaqlar məğlubiyyətdən son dəqiqələrdə Harri Keynin penalti qolu ilə qurtulublar. Qrupun digər oyununda İtaliya Macarıstanı 2:1 hesabı ilə məğlub edərək liderliyə yüksəlib.

B Liqasının 3-cü qrupunda Finlandiya Monteneqronu 2:0, Bosniya və Herseqovina isə Rumıniyanı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Nəhayət, C Liqasının 1-ci qrupunda Lüksemburq səfərdə Farer adalarına Jerson Rodrigesin dəqiq penalti zərbəsi ilə qalib gəlib. Gecənin ən bol qollu qarşılaşmasında isə Türkiyə səfərdə Litvanı 6 cavabsız qolla darmadağın edib.

UEFA Millətlər Liqası

A Liqası

3-cü qrup

22:45. Almaniya – İngiltərə – 1:1

Qollar: Yonas Hofmann, 51 – Harri Keyn, 88

22:45. İtaliya – Macarıstan – 2:1

Qollar: Nikolo Barella, 30. Lorentso Pelleqrini, 45 – Canluka Mançini, 61 (öz qapısına)

Xal durumu: İtaliya – 4, Macarıstan – 3, Almaniya – 2, İngiltərə – 1.

B Liqası

3-cü qrup

20:00. Finlandiya – Monteneqro – 2:0

Qollar: Yoel Pohyanpolo, 31; 38

22:45. Bosniya və Herseqovina – Rumıniya – 1:0

Qol: Smail Prevlyak, 68

Xal durumu: Finlandiya – 4, Bosniya və Herseqovina – 4, Monteneqro – 3, Rumıniya – 0

C Liqası

1-ci qrup

22:45. Farer Adaları – Lüksemburq – 0:1

Qol: Jerson Rodriges, 74 (pen.)

Qırmızı vərəqələr: Rene Yönsen, 68; Sölvi Vatnhamar, 80 (hər ikisi Farer adaları)

22:45. Litva – Türkiyə – 0:6

Qollar: Doğukan Sinik, 2; 14. Serdar Dursun, 56 (pen.); 81. Yunus Akgün, 89. Halil Dervişoğlu, 90+1

Xal durumu: Türkiyə – 6, Lüksemburq – 6, Farer adaları – 0, Litva – 0.