UEFA-da Qurban Qurbanovla bağlı fikir mübadiləsi aparılıb

100

UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin növbəti iclası keçirilib.

alpaninfo.com AFFA-ya istinadla xəbər verir ki, iclas videokonfrans formatında təşkil olunub. UEFA Avropa Konfrans Liqasında fevralın 24-də keçirilmiş “Qarabağ” – “Marsel” oyununda qeydə alınmış fair-pley hadisəsi AFFA-nın icraçı vitse-prezidenti, müvafiq komitənin sədri Elxan Məmmədovun təklifi ilə iclasın gündəliyinə daxil olunub və məsələ barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, “Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin hücumçusu İbrahima Vadjinin vurduğu qol baş hakim Bartoş Frankovski tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və qol qərarı ləğv olunmuşdu.