UEFA Çempionlar Liqası: 1/8 finala yüksələn 14 komanda

39

UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu – VI turun daha 6 oyunu keçirilib.

Bununla da 1/8 finala yüksələn 14 komandanın adına aydınlıq gəlib.

“D” qrupunda Fransada “Marsel”ə 1:2 hesabı ilə qalib gələn İngiltərənin “Tottenhem” klubu 1-ci, Portuqaliyada “Sportinq”i eyni hesabla məğlub edən Almaniya “Ayntraxt”ı isə 2-ci yerin sahibi kimi adını növbəti mərhələyə yazdırıb.

Niderlandın “Ayaks”, Almaniyanın “Bayer Leverkuzen”, İspaniyanın “Barselona” və Portuqaliyanın “Sportinq” klubları mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli” və “İnter”, İngiltərənin “Liverpul”, “Mançester Siti” və “Çelsi”, Almaniyanın “Bavariya” və “Borussiya Dortmund”, İspaniyanın “Real Madrid”, Fransanın “PSJ”, Belçikanın “Brügge”, Portuqaliyanın “Benfika” və “Portu” komandaları Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıblar.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

1 noyabr

“A” qrupu

00:00. “Liverpul” (İngiltərə) – “Napoli” (İtaliya) – 2:0

Qollar: Məhəmməd Salah 85, Darvin Nunyes 90+8

00:00: “Reyncers” (Şotlandiya) – “Ayaks” (Niderland) – 1:3

Qollar: Ceyms Tavernye 86 (penalti) – Stiven Bergeys 4. Məhəmməd Kudus 29. Fransişku Konseysau 89

Xal durumu: “Napoli” – 15 . “Liverpul” – 15. “Ayaks” – 6. “Reyncers” – 0.

“B” qrupu

21:45. “Portu” (Portuqaliya) – “Atletiko” (Madrid, İspaniya) – 2:1

Qollar: Mehdi Taremi 5, Stiven Euştakiu 24 – İvan Markano 90+5 (avtoqol)

21:45. “Bayer Leverkuzen” (Almaniya) – “Brügge” (Belçika) – 0:0

Xal durumu: “Portu” – 12, “Brügge” – 11. “Bayer Leverkuzen”- 5. “Atletiko” – 5.

“C” qrupu

00:00. “Bavariya” (Almaniya) – “İnter” (İtaliya) – 2:0

Qollar: Benjamen Pavar 32, Erik Çupo-Motinq 72

00:00. “Viktoriya Plzen” (Çexiya) – “Barselona” (İspaniya) – 2:4

Qollar: Tomaş Hori 51; 63 – Markos Alonso 6, Ferran Torres 44, 54. Pablo Torre 75

Xal durumu: “Bavariya” – 18. “İnter” – 10. “Barselona” – 7. “Viktoriya” – 0.

“D” qrupu

00:00. “Sportinq” (Portuqaliya) – “Ayntraxt” (Frankurt, Almaniya) – 1:2

Qollar: Artur Qomes 39 – Daiti Kamada 62, Randal Kolo Muani 72

00:00. “Marsel” (Fransa) – “Tottenhem” (İngiltərə) – 1:2

Qollar: Şansel Mbemba 45+2 – Kleman Lanqle 54, Pyer-Emil Höyberq 90+5

Xal durumu: “Tottenhem” – 11. “Ayntraxt” – 10. “Sportinq” – 7. “Marsel” – 6.