UEFA Avropa Liqasının finalçıları məlum olub

431

Futbol üzrə UEFA Avropa Liqasının finalçıları məlum olub. Yarımfinal mərhələsinin maraqla gözlənilən oyunu “Metropolitano” stadionunda keçirilib. “Atletiko Madrid” Londonun “Arsenal” klununu qəbul edib. Matç 1:0 hesabı ilə “Atletiko”nun qələbəsi ilə başa çatıb. Oyunun yeganə qolunu birinci hissənin sonuncu dəqiqəsində Dieqo Kosta vurub. Səfərdə 1:1 hesabı ilə heç-heçə edən madridlilər iki oyunun nəticəsinə əsasən finala vəsiqə qazanıblar.

Avropa Liqasında mövsümün sürprizi hesab olunan “Zalsburq” bu dəfə çətinliklə üzləşib. Fransada “Marsel”dən iki cavabsız qol buraxan avstriyalılar doğma meydanda eyni hesabı təkrarlayıb və oyunu əlavə vaxta aparıb. Amma fransalılar əlavə vaxtın sonuna 4 dəqiqə qalmış qol vuraraq həlledici oyuna yüksəliblər.

 

Avropa Liqası

Yarımfinal, cavab oyunları

3 may

 

“Atletiko” (Madrid, İspaniya) – “Arsenal” (London, İngiltərə) – 1:0

Qol: Dieqo Kosta, 45+2

Baş hakim: Canluka Rokki (İtaliya)

Madrid, “Vanda Metropolitano” stadionu

İlk oyun: 1:1

 

“Zalsburq” (Avstriya) – “Marsel” (Fransa) – 2:1 (əlavə vaxt)

Qollar: Haydara, 53, Şaqler, 65 – Rolando, 116

Baş hakim: Sergey Karasyov (Rusiya)

Zalsburq, “Redd Bull Arena”

İlk oyun: 0:2