Uduzdular…

26

İyulun 21-də  UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İsrailin “Makkabi” (Təl-Əviv) komandasını qəbul edən Bakının “Zirə” klubu 3:0 hesabı ilə məğlub olub. İsrail klubunun heyətində Corce Yovanoviç dubl edib, Qavriel Kaniçovski isə fərqlənib.

Komandalar arasında cavab qarşılaşaması iyulun 28-də Təl-Əvivdə olacaq.

“Qəbələ” futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Macarıstanın “Fehervar” komandasının qonağı olub.

Macarıstandakı “Mol Arena”da keçirilən oyunda “Fehervar” 4:1 hesablı qələbə qazanıb.

İsveçli baş hakim Kaspar Syöberqin idarə etdiyi oyunda “Qəbələ”nin heyətində Rafael Utziq fərqlənib. Rəqib komandanın heyətində Kenan Kodro dubl edib. Digər qolları isə Adrian Rus və Budu Zivzivadze vurublar.

Matçın 86-cı dəqiqəsindən “Qəbələ” azlıqda qalıb. Belə ki, müdafiəçi Murad Musayev kobud oyundan sonra ikinci sarı vərəqə ilə meydandan qovulub.

Komandalar arasında cavab oyunu 1 həftə sonra Qəbələdə təşkil olunacaq.

Kiprdə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Aris” – “Neftçi” matçında isə “Neftçi” 0:2 hesabı ilə məğlub olub. Kipr klubunun qollarını Kaju və Artur Yannik Qomis vurublar.

Komandalar arasında cavab qarşılaşması 1 həftə sonra Bakıda “Bakcell Arena”da keçiriləcək.