”Üçüncü Bahar” Festivalı -yaşlılar üçün nəzərdə tutulmuş tədbir

0
357

“Sosial layihələr” müsabiqəsi çərçivəsində Azərbaycanda ilk dəfə yaşlıların festivalı keçiriləcək. Festival Bakı, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində həyata keçiriləcək. 21 dekabrda isə Bakıda – Nizami Kino Mərkəzində festivalın yekun tədbiri keçiriləcək. Bu barədə bu Mingəçevirdə keçirilən tədbirdə məlumat veirlib. Qeyd edək ki,”Üçüncü Bahar” Festivalı yaşlılar üçün nəzərdə tutulmuş tədbirdir. Mingəçevirdən təqaüddə olan ziyalıların qatıldığı tədbiri  şən rəqs nömrələri ilə  Mingəçevir Uşaq Gənclər  İnkişaf mərkəzinin “Sevinc”rəqs qurupunun üzvüləri açıblar. Daha sonra  çıxış edən  “Üçüncü Bahar”ın fəal ahılı Mingəçevir təmsilçisi  Validə Əlizadə bildirib ki, “Üçüncü Bahar”artıq dövlət səviyyəsində tanınıb və “Üçüncü bahar” ictimai birlik  adlanır: “Üçüncü Bahar” Festivalı Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində həyata keçirilir. “Üçüncü Bahar” İctimai Birliyi tərəfindən həyata keçirilən festivalın məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özününüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır. Tədbirə qatılmaqla doğmalarınız yeni dostlar qazana, asudə vaxtını həmyaşıdları ilə xoş və səmərəli keçirə biləcəklər”.


Daha sonra tədbirə qatılan Mingəçevirin quruculuğunda, inkişafında, təhsilində öz səmərəli fəaliyyətləri ilə seçilən  fəal yaşlı rəngarəng musiqi sədaları altında rəqs ediblər.

Şairə Bəsti Bərdəlinin şeirləri, şəhərin qurucularından olan Qəşəm İsmayılovun düzlu, məzəlı söhbətləri, müğənni Ağagül Əliyevin oxuduğu musiqi hər kəsdə xoş ovqat yaradıb.

 Qeyd edək ki, “Üçüncü Bahar” təşəbbüs qrupu  2017 -ci ildən fəaliyyət göstərərək təqaüdçülərin asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş sosial layihədir.  Hazırda “Üçüncü Bahar”dan 2000-ə yaxın pensiyaçı faydalanır.

 Layihənin  həmtəsisçiləri Nərmin Qəniyeva və Nətavan Yusifovadır. Layihə çərçivəsində YAŞA mərkəzi fəaliyyət göstərir. “Üçüncü Bahar” təşəbbüs qrupu tərəfindən sosial layihə kimi yaradılmış “Yaşa” mərkəzinin məqsədi təqaüdə çıxmağa hazırlaşan və təqaüddə olan insanların asudə zamanlarının səmərəli təşkili və onların cəmiyyətə inteqrasiyası məqsədilə müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsidir.

Esmira Hidayəova, Mingəçevir