Üçrəngli bayrağımız Azərbaycan Ordusunun şanlı tarix yazmasına şahidlik edir

0
79

Üçrəngli bayrağımız Azərbaycan Ordusunun şanlı tarix yazmasına şahidlik edir

Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatı sevincimizin ilk şahidi ,qələbə müjdəçisi  olan şanlı Bayraq gününü  qeyd ediblər. Azərbaycanın müstəqilliyinin suverenliyinin rəmzi olan bayrağımız  milli azadlığa, milli oyanışa, milli ruhun canlanmasına bələdçı, çağırışdır. Bu gün münasibətlə Mingəçevir YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov və Mingəçevir İcra hakimiyyətinin başçısı İlham İsmayılov 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın bütün sahələrdə qazandığı uğurların dövlət bayrağımızın daim yüksəklərdə dalğalanması ilə müşayiət olunduğunu vurğulayıblar. Qeyd olunub ki, Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1993-2003-cü illərdə görülən işlər qarşıya qoyulan hədəflərin reallıqda öz əksini tapmasını təsdiqləyir.

İcra başçısı həmçinin Şuşa şəhərinin işğaldan azad edilməsi münasibəti ilə öz təbriklərini də çatdırıb: ”İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq!  Azərbaycanın hər zaman yalnız bir tələbi olub, torpaqlarımız geri qaytarılsın. Azərbaycanın ərazi bütövlüyü təmin edilsin”.

Bayraq Günü münasibəti ilə Mingəçevir 17 saylı məktəbin direktoru Ceyhun Atayev, Şəhisd anaları cəmiyyətinin sədri İranə Həsənova, YAP Mingəçevir şəhər təşkilatının Qadınlar Şurasının sədri Nurcamal Əsgərova çıxışlarında bildiriblər ki, bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirir.

Esmira Hidayətova, Mingəçevir