Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, A və B qrupunun komandaları I turun oyununa çıxacaqlar.
Günün ilk qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Ölkənin ən böyük arenasında B qrupunda çıxış edən Avstriya ilə Bosniya və Herseqovina milliləri üz-üzə gələcək.
8-ci km qəsəbə stadionunda keçiriləcək qrupun digər matçında isə çempionatın favoritlərindən olan Almaniya Ukraynanı sınağa çəkəcək.
Bu stadiondakı növbəti matç isə A qrupunun oyunu olacaq. Azərbaycan yığmasının rəqibləri Belçika ilə Şotlandiya ilk xal üçün mübarizə aparacaq.
Günün son qarşılaşması Bakı Olimpiya Stadionuna təsadüf edəcək. 19:30-da start götürəcək açılış mərasiminin ardınca yığmamız meydana çıxacaq. Komandamız Bakıya medal iddiası ilə gələn Portuqaliya ilə qarşılaşacaq.
U-17-lər arasında AÇ-2016-nın final mərhələsi
Qrup mərhələsi, I tur
B qrupu
14:00. Avstriya – Bosniya və Herseqovina
Hakimlər: Petr Ardeleanu (Çexiya), Georgi Todorov (Bolqarıstan), Marios Dimitriadis (Kipr), Alen Duro (Lüksemburq)
Bakı Olimpiya Stadionu
17:00. Ukrayna – Almaniya
Hakimlər: Qunnar Yarl Yonsson (İslandiya), Neeme Neemlayd (Estoniya), Endryu Kristiansen (Farer adaları), Əliyar Ağayev (Azərbaycann)
8-ci km qəsəbə stadionu
A qrupu
19:00. Belçika – Şotlandiya
Hakimlər: Peter Kraloviç (Slovakiya), Levan Varamişvili (Gürcüstan), Lazaros Dimitriadis (Yunanıstan), Orxan Məmmədov (Azərbaycan)
8-ci km qəsəbə stadionu
20:00. Azərbaycan – Portuqaliya
Hakimlər: Bartoş Frankovski (Polşa), Balaj Buzas (Macarıstan), Vasili Ermişin (Moldova), Sergeyus Sliva (Litva)
Bakı Olimpiya Stadionu