“Tüstü bacalarının təmizlənməsində vətəndaşlar heç bir xərc çəkmirlər”

596

Havaların soyuması mənizllərdə elektirik, qaz sobalarına ehtiyacı artırır. Hər bir sakin soyuqdan qorunmaq üçün bu cihazlardan istifadə edir. Yaranan təhlükənin qarşısını isə aidiyyatı qurumlar öncədən alanda insanlar təhlükələrdən qorunmuş olurlar.

Bü günlərdə saytımıza V. Hüseynov, M. Axundov, M. Maqomayev ünvanlarının sakinləri tüstü bacalarının illərlə təmizlənməməsi ilə bağlı müraciət ediblər. Onlar bildiriblər ki, hündürmərtəbəli binalarda yaşadığımız üçün bu işin öhdəsindən gələ bilmirik: “Ona görə də binalarımızın tüstü bacalarının illərlə təmizlənməməsi bizi narahat edir. Deyilənlərə görə pullu xidmət olduğuna görə tüstü bacaları ancaq müraciət əsasında təmizlənir”.

 

Bununla bağlı Mingəçevir Mənzil Təsərrüfatı Abadlaşdırma İdarəsinin müdiri Qürbət Məmmədova müraciət edtdik. Qürbət Məmmədov bildirdi ki, hər il payız-qış mövsümü ilə əlaqədar tədbirlər planı tərtib olunur: “Həmin tədbirlər planında  tüstü bacalarının təmizlənməsi də öz əksini tapıb. İlin əvvəlindən bu günədək balansımızda olan 392 binadan 191-nin tüstü bacalarını təmizləmişik. Bu istiqamətdə işlər davam etdirilir. Onu da deyim ki, yanğından mühafizə cəmiyyəti ilə ilin əvvəlindən müqavilə bağlanılır və onlar bu işləri görür və bizə məlumat verirlər. Yəni bu işlərdə vətəndaşlar heç bir xərc çəkmirlər. Bizə müraciət edən hər hansı bir vətəndaşın müraciətinə dərhal cavab veririk. Elə bu kimi işlərə operativ yanaşmağımızın nəticəsidir ki, Mingəçevirdə tüstü bacaları ilə bağlı heç bir problem yaşanmayıb”.

“Tüstü bacaları ildə neçə dəfə təmizlənməlidir?” sualına isə Qürbət Məmmədov belə cavab verdi: “İldə iki dəfə…”

Esmira Hidayətova, Mingəçevir