Türkiyənin Zəfəri

413

Hər il avqust ayının 30-u Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü kimi qeyd olunur. Zəngin dövlətçilik ənənələrinə malik olan Türkiyə Cümhuriyyəti ötən əsrin əvvəllərində gərgin siyasi və hərbi münaqişələrin mərkəzinə çevrilmişdi. Osmanlı imperiyasının süqutu türk xalqını öz dövlətçiliyini qoruyub saxlamaq və vətəni işğaldan azad etmək uğrunda mübarizəyə sövq etdi. 1920-ci il aprelin 23-də Anadoluda Türkiyə Böyük Millət Məclisi təsis edildi və xalqı təmsil edən hökumət quruldu. Bütün cəbhələrdə uğurlu hərbi əməliyyatlara başlandı, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün rəhbərliyi altında qurtuluş savaşı aparan türk ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci il avqustun 30-da böyük zəfər qazandı. Həmin gün Türkiyə tarixinə Zəfər bayramı kimi daxil oldu. Türkiyənin müstəqillik uğrunda apardığı mübarizədə Azərbaycan xalqı da iştirak etmiş,qardaş Türkiyə xalqına dəstək olmuş, onunla birgə döyüşlərdə iştirak edərək şəhidlər vermişdir.

Böyük tarixi kökə malik olan Azərbaycan Türkiyə əlaqələrinin əsasında möhkəm dostluq, qardaşlıq və etibarlı strateji tərəfdaşlıq münasibətləri dayanır. Ölkələrimiz arasındakı dostluq və inam xalqlarımızın rifahına, ölkələrimizin gələcək inkişafına xidmət edir. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi iqtisadi layihələr hər iki dövlətin dünyada nüfuzunu getdikcə artırmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AzərbaycanTürkiyə birliyinin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Böyük öndər Mustafa Kamal Atatürkün sözləri yadıma  düşür: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məşhur ifadəsi yada düşür: “Azərbaycan-Türkiyə ürkbir millət, iki dövlətdir”. Bu, həqiqətən, bizim gələcəyimizi müəyyən edəcək amillərdir”